Rio-2016: Azərbaycanlı cüdoçu olimpiya çempionuna qalib gəldi
Cüdo üzrə turnirin altıncı günündə tatamiyə azərbaycanlı idmançı Elmar Qasımov çıxıb. İdmançımız üçün bu, karyerasında ikinci Olimpiya oyunlarıdır.
Oxu.Az xəbər verir ki, azərbaycanlı cüdoçu Elmar Qasımov Rioda Olimpiyadaya uğurlu startla başlayıb.
Elmarın ilk rəqibi 1/16 final mərhələsində Rusiya təmsilçisi, Avropa, Dünya və Olimpiya çempionu Tahir Xaybulayev olub.
Elmar Qasımov "vazari” xalı ilə qələbə qazanıb.
1/8 final mərhələsində o, Lyes Buyakub (Əlcəzair) üz-üzə gələcək.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox