• $
  • £

“Bizə Bakının istisi yox, “Qəbələ” problem yarada bilər” – Zahoviç

“Bizə Bakının istisi yox, “Qəbələ” problem yarada bilər” – Zahoviç
28.05.2020 20:39
"Maribor”un idman direktoru, Sloveniya futbolunun canlı əfsanəsi Zlatko Zahoviçin müsahibəsi

- Avroliqanın pley-off mərhələsində rəqibiniz olan "Qəbələ”nin Azərbaycan çempionatında "İnter”ə qarşı keçirdiyi oyunu canlı izlədiniz. Görüşlə bağlı nə deyə bilərsiniz?


- Ölkə çempionatı və Avroliqa görüşlər fərqli olur. "Qəbələ” yaxşı komandadır. Biz onlara hörmətlə yanaşırıq. Rəqib kimi bizim də məqsədimiz mərhələ adlamaqdır. Ona görə də qarşıdakı görüşə çox ciddi hazırlaşmalıyıq.

- "Qəbələ”nin hansı oyunçusu "Maribor”a daha çox problem yarada bilər?

- "Qəbələ”nin heyətində yaxşı oyunçuların sayı çoxdur. Amma hesab edirəm ki, komandanın lideri Filip Ozobiçdi. O, çox inamlı oyun göstərir.

- Ozobiç xorvatdı. Onu daha əvvəldən tanıyırdız?

- Xeyr, yalnız "Qəbələ”nin heyətindən tanıyıram.

- "Qəbələ” - "Maribor” cütündə hansı komanda favoritdir?

- Bunu demək çətindi. Futbolda hazırda favorit olmur. "Qəbələ”yə hörmətlə yanaşırıq. Bilirik ki, ötən il qrup mərhələsində çıxış ediblər. Bu il də ilk 3 mərhələni uğurla adlayıblar. Komanda taktiki cəhətdən çox güclüdür

- Faizlə şansları necə dəyərləndirərdiz?

- Bunu demək çətindi.

- 50-50-yə ilə də razı deyilsiz?

- Təbii ki, 50-50-yə söyləmək olar. Şanslar oyundan qabaq hər zaman bərabər olur. Bizim də heyətimizdə yaxşı oyunçular var. Mərhələ adlayacağımıza inanırıq.

- "Qəbələ”nin əvvəlki mərhələdə "Lill”i mübarizədən kənarlaşdırması sizin üçün sürpriz oldu?

- Bu gün hamı futbol oynamağı bacarır. İstər taktiki, istər fiziki baxımdan. Ona görə də hansısa nəticəni sürpriz saymaq düzgün olmaz.

- Gördüyünüz kimi Bakıda hava çox istidi. Bunu "Maribor” üçün əlavə çətinlik saymaq olar?

- Hava istidi, amma bu barədə çox düşünməyə dəyməz. Bizə Bakının istisi yox, "Qəbələ” problem yarada bilər. Lakin "Maribor” da zəif deyil. Qarşıdakı oyunlar hər iki komanda üçün çətin keçəcək.

- "Qəbələ” - "Maribor” oyunu bu gün olduğunuz "Dalğa Arena”da keçiriləcək. Stadionu bəyəndiniz?

- Arena yaxşıdı. Stadion yox, daha yaxşı oynamaq barədə düşünməliyik.

- Püşkün nəticəsinə əsasən ilk görüşdə "Maribor” meydan sahibi olmalıydı. Amma sonradan görüşlərin yeri dəyişdirildi. Bu, komandanızın lehinədir?

- Bu, bizim üçün çox yaxşı haldır.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
İdman 21:05
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
Əliyar Ağayev cəzalandırılıb
İdman 22:17
Əliyar Ağayev cəzalandırılıb
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İdman 20:51
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
İdman 18:29
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
İdman 22:06
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
İdman 21:27
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
İdman 15:29
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
İdman 21:50
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
İdman 10:01
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol