"Qarabağ"la "Qəbələ"nin Avroliqadakı oyunları üçün təyinatlar açıqlanıb
Göteborq - Qarabağ matçına polşalı, Qəbələ - Maribor oyununa isə belaruslu hakimlər təyinat alıblar
"Qarabağ"ın və "Qəbələ" klublarının futbol üzrə Avropa Liqasının "pley-off" mərhələsindəki ilk oyunlarına təyinatlar açıqlanıb.
"Report"un məlumatına görə, "Qarabağ"ın İsveç "Göteborq"u ilə səfər matçına polşalı hakimlər təyinat alıb, "Qəbələ"nin Sloveniya "Maribor"u ilə ev qarşılaşması isə belaruslu ədalət təmsilçilərinə tapşırılıb.
Avropa Liqası, "pley-off" mərhələsi
İlk oyunlar
21:00. "Göteborq" (İsveç) - "Qarabağ" (Azərbaycan)
Baş hakim: Pavel Raçkovski
Yan xətt hakimləri: Radoslav Sijka, Mixal Obukoviç
Dördüncü hakim: Tomaş Kvyatkovski (hamısı Polşa)
Hakim-inspektor: Yap Uilenberq (Hollandiya)
UEFA nümayəndəsi: Trefor Lloyd Hyuz (Uels)
Qotenburq, "Gamla Ullevi" stadionu.
21:00. "Qəbələ" - "Maribor" (Sloveniya)
Baş hakim: Aleksey Kulbakov
Yan xətt hakimləri: Vitali Malyutin, Oleq Maslyanko
Dördüncü hakim: Denis Şerbakov (hamısı Belarus)
Hakim-inspektor: Sergey Zuyev (Rusiya)
UEFA nümayəndəsi: Bakir Jordaniya (Gürcüstan)
Bakı, "Dalğa Arena".
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox