İngiltərəli futbolçu polis tərəfindən öldürülüb
Futbolçu tazerdən açılan atəş nəticəsində xəsarət alıb
İngiltərəli sabiq futbolçu Dalian Atkinson polis tərəfindən öldürülüb.
"Report"un məlumatına görə, 48 yaşlı sabiq futbolçu "tazer"dən (elektrik tapançası) açılan atəş nəticəsində xəsarət alıb.
Atkinson xəstəxanaya yerləşdirilib, lakin onun həyatını xilas etmək mümkün olmayıb. Hadisənin səhərə yaxın baş verdiyi bildirilsə də, əlavə məlumat verilməyib.
Qeyd edək ki, D.Atkinson "Real Sosyedad", "Aston Villa", "Fənərbağça", "Mançester Siti" kimi klublarda çıxış edib.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox