"Maribor"un futbolçusu: "Şanslar bərabərdir"
Sloveniyalı futbolçu Qəbələ ilə oyundan danışıb
"Qəbələ" keyfiyyətli futbol nümayiş etdirir. Sürətlə hücuma keçməyə qadir olan komandadır".
"Report"un məlumatına görə, bu fikirləri Sloveniyanın "Maribor" klubunun futbolçusu Aleks Pihler yerli mətbuata bildirib.
Avropa Liqasının "pley-off" mərhələsində Bakıda "Qəbələ"nin qonağı olacaq Sloveniya təmsilçisinin yarımmüdafiəçisi cütün favoriti olduqlarını deyib: "İstənilən halda "Maribor" favorit hesab olunur. Ancaq şansları bərabər dəyərləndirirəm".
Qeyd edək ki, avqustun 17-də "Dalğa Arena"da keçiriləcək "Qəbələ" - "Maribor" qarşılaşması saat 21:00-da başlayacaq. Cavab matçı bir həftə sonra Sloveniyada olacaq.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox