Rio-2016: Ratkeviç bürünc medal uğrunda mübarizə aparacaq
Rio-de Janeyroda təşkil olunan Yay Olimpiya Oyunları davam edir.
Oxu.Az-ın məlumatına görə, bu gün mübarizəyə xanım güləşçilər də qoşulub.
Mübarizəyə 1/8 final mərhələsindən başlayan Yuliya Ratkeviç (56 kq) yarımfinalda yaponiyalı Kaori İço ilə qarşılaşıb.
Görüş İçonun təmiz qələbəsi ilə yekunlaşıb - 10:0.
Beləliklə, finala yüksələ bilməyən Ratkeviç bürünc medal uğrunda təsəlliverici görüşdə iştirak edəcək.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox