• $
  • £

Sotomayor: "Qızıl medal əldə edəcəyəm"

Sotomayor:
19.08.2016 23:07
 "Finala vəsiqə qazandığım üçün çox şadam".

"Report"un məlumatına görə, bunu Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədovaya açıqlamasında 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında finala yüksələn Azərbaycan boksçusu Lorenso Sotomayor deyib.

Yarımfinalda Almaniya ermənisi Artyom Harutyunyanla döyüşünü şərh edən kubalı legioner görüşü yüksək səviyyədə keçirərək qələbə qazandığını bildirib. O, Azərbaycana olimpiya çempionluğu söz verdiyini xatırladıb:

"Mən Azərbaycana qızıl medal söz vermişəm. Bu gün qollarım qüvvətli, özüm hazırlıqlı idim. Əmin idim ki, qələbə qazanacağam. Finalda fiziki hazırlığım, qollarım, endirəcəyim zərbələr bundan da güclü olacaq. Çünki mən özümü qələbəyə hazır hiss edirəm. Bu gün döyüşü yaxşı keçirərək qələbə qazandım. Finalda da özbək rəqibim üzərində qələbə qazanaraq, qızıl medal əldə edəcəyəm. İnanıram ki, çempion olacağam".

Qeyd edək ki, Lorenso Sotomayor Azərbaycan tarixində olimpiadanın finalına yüksələn ilk boksçu olub.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
"Real" Toni Kroosa klubda vəzifə vermək istəyir
İdman 22:30
"Real" Toni Kroosa klubda vəzifə vermək istəyir
Bundesliqa tarixində ilk dəfə qadın baş məşqçi təyin edilib
İdman 19:30
Bundesliqa tarixində ilk dəfə qadın baş məşqçi təyin edilib
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
İdman 21:05
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
Əliyar Ağayev cəzalandırılıb
İdman 22:17
Əliyar Ağayev cəzalandırılıb
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İdman 20:51
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
İdman 18:29
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
İdman 22:06
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
İdman 21:27
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
İdman 15:29
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol