• $
  • £

Robert Prosineçki yığmaya 3 yeni futbolçu çağırıb

Robert Prosineçki yığmaya 3 yeni futbolçu çağırıb
22.08.2016 17:34
Azərbaycan yığmasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, baş məşqçi Robert Prosineçki 25 oyunçuya dəvət göndərib.
 
DÇ-2018-in seçmə qrup mərhələsində sentyabrın 4-də San Marinonun qonağı olacaq yığmamızda debütantlar da diqqət çəkir. Belə ki, Emin Mahmudov, Ramil Şeydayev və Mahir Mədətov ilk dəfə əsas millinin formasını geyinmək imkanı əldə ediblər. Ümumilikdə ölkə xaricində çıxış edən 5 oyunçuya dəvət göndərilib.
 
Yığmaya ən çox futbolçu verən komanda "Qarabağ”dı. Ağdam təmsilçisinin 9 üzvü San Marino ilə görüş üçün heyətə cəlb edilib.
 
Komandamız avqustun 24-də bir araya gələcək və sentyabrın 2-nə kimi Bakıda təlim-məşq toplanışı keçəcək. Robert Prosineçki yetirmələrini San Marinoya sentyabrın 2-də aparacaq.
 
Qapıçılar: Kamran Ağayev ("Sumqayıt”), Anar Nəzirov ("Zirə”), Səlahət Ağayev ("İnter”)

Müdafiəçilər: Maksim Medvedev, Bədavi Hüseynov, Rəşad Sadıqov, Arif Daşdəmirov (hamısı "Qarabağ”), Tərlan Quliyev, Ruslan Abışov (hər ikisi "İnter”), Mahəmməd Mirzəbəyov ("Qəbələ”), Pavel Paşayev ("Stal”, Ukrayna)

Yarımmüdafiəçilər: Rahid Əmirquliyev, Qara Qarayev, Əfran İsmayılov (hamısı "Qarabağ”), Rəhman Hacıyev, Araz Abdullayev (hər ikisi "Neftçi”), Elvin Məmmədov ("Zirə”), Emin Mahmudov ("Boavişta”, Portuqaliya), Dmitri Nazarov ("Erzqedirqe Aue”, Almaniya), Eddi İsrafilov ("Kadiz”, İspaniya)

Hücumçular: Namiq Ələsgərov, Mahir Mədətov (hər ikisi "Qarabağ”), Ağabala Ramazanov ("İnter”), Ruslan Qurbanov ("Neftçi”), Ramil Şeydayev ("Trabzonspor”, Türkiyə).

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
"Real" Toni Kroosa klubda vəzifə vermək istəyir
İdman 22:30
"Real" Toni Kroosa klubda vəzifə vermək istəyir
Bundesliqa tarixində ilk dəfə qadın baş məşqçi təyin edilib
İdman 19:30
Bundesliqa tarixində ilk dəfə qadın baş məşqçi təyin edilib
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
İdman 21:05
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
Əliyar Ağayev cəzalandırılıb
İdman 22:17
Əliyar Ağayev cəzalandırılıb
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İdman 20:51
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
İdman 18:29
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
İdman 22:06
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
İdman 21:27
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
İdman 15:29
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol