SOCAR-dan “Trabzonspor” stadionu ilə bağlı – AÇIQLAMA
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Trabzonspor”un yeni stadionuna rəsmi sponsor olacağı ilə bağlı mətbuatda yayılan məlumatlar həqiqəti əks etdirmir.
Bu barədə "Report”a "SOCAR Turkey”dən məlumat verilib.
"SOCAR-ın Türkiyədə hər hansı stadiona sponsor olacağı xəbəri həqiqətdən uzaqdır, şirkətin ümumiyyətlə, belə bir planı yoxdur”, - "SOCAR Turkey”dən bildirilib.
Qeyd edək ki, Türkiyə və Azərbaycanın bir sıra KİV-lərində Trabzonda inşa edilən "Akyazı” stadionuna sponsor qismində SOCAR-ın da cəlb olunduğu barədə xəbərlər yayılıb.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox