• $
  • £

“Qarabağ”la hesablaşmalı olacağıq” – “Göteborq”un kapitanı

“Qarabağ”la hesablaşmalı olacağıq” – “Göteborq”un kapitanı
24.08.2016 18:08
"Öz meydanımızda "Qarabağ”a qalib gəlməyi bacardıq. Bunu yaxşı nəticə hesab edirik. Ancaq həmin görüşü unutmaq lazımdır. Qrup mərhələsinə düşmək üçün 90 dəqiqə mübarizə aparmalıyıq. Bizim üçün xüsusi oyun olduğunu yəqin ki, başa düşürsünüz”.

Qol.az-ın məllumatına görə, bu sözləri  Avropa Lqiasının pley-off mərhələsində sabah "Qarabağ”la qarşılaşacaq "Göteborq” klubunun kapitanı Mattias Brayismir deyib.

Təcrübəli müdafiəçi İsveç mətbuatına açıqlamasında mərhələni adlamaq şanslarını dəyərləndirib:
"Bakıda bizi çətin oyun gözləyir. Rəqiblə hesablşamalı olacağıq. "Qarabağ” böyük qüvvə ilə hücumlar edəcək. Onların heyətində oyunun taleyini həll edə bilən, fərdi keyfiyyətləri yüksək olan futbolçular var. Ancaq bizim müdafiəmizi yarmaq üçün çox çalışmalıdırlar. Çünki yaxşı müdafiə olunuruq. Təbii ki, geridə oynamaq fikrində deyilik. Sürətli əks hücumlarla  qol vurmağa çalışacağıq. Bakıya sərfəli nəticə üçün gedirik”.

30 yaşlı futbolçu bildirib ki, qrup mərhələsinə düşsələr, bu, onun üçün çox böyük nəticə olacaq: "Qrupa düşsək, 2007-ci ildə İsveç çempionluğumuzdan sonra ikinci böyük nəticəm olacaq. Həmin çempionluqdan çox vaxt keçib. Karyeramda yeni səhifə açmaq istəyirəm. Bu anı gözləyirəm. Çempionatda da yaxşı nəticə qazanacağımızı düşünürəm. Liderlərdən bir qədər aralı düşsək də, çempinluğu hədəfləmişik”.

Xatırladaq ki, sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ” – "Göteborq” oyunu saat 20:30-da başlayacaq. İsveçdə keçirilən oyunda isə "Göteborq" qalib gəlmişdi - 1:0.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
"Real" Toni Kroosa klubda vəzifə vermək istəyir
İdman 22:30
"Real" Toni Kroosa klubda vəzifə vermək istəyir
Bundesliqa tarixində ilk dəfə qadın baş məşqçi təyin edilib
İdman 19:30
Bundesliqa tarixində ilk dəfə qadın baş məşqçi təyin edilib
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
İdman 21:05
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
Əliyar Ağayev cəzalandırılıb
İdman 22:17
Əliyar Ağayev cəzalandırılıb
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İdman 20:51
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
İdman 18:29
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
İdman 22:06
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
İdman 21:27
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
İdman 15:29
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol