• $
  • £

“Qarabağ” və “Qəbələ” pley-off mərhələsinin cavab oyunlarına çıxacaqlar

“Qarabağ” və “Qəbələ” pley-off mərhələsinin cavab oyunlarına çıxacaqlar
25.08.2016 10:16
Bu gün UEFA Avropa Liqasında pley-off mərhələsinin cavab matçları keçiriləcək.
 
Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu "Qarabağ”  yarışın qrup mərhələsinə yüksəlmək üçün mübarizə aparacaq. Ağdamlılar səfərdə minimal hesabla (0:1) məğlub olduqları "Höteborq”la bu dəfə Bakıda üz-üzə gələcək.
 
Qurban Qurbanovun yetirmələri ardıcıl iki il əldə etdikləri uğuru bu dəfə də təkrarlamağa çalışacaqlar. Son iki mövsümdə olduğu kimi bu dəfə Çempionlar Liqasının III təsnifat mərhələsində dayanan və mübarizəni ikinci dərəcəli turnirdə davam etdirən "Qarabağ” doğma azarkeşlər önündə qələbə sevinci yaşamaq istəyir. "Qarabağ” qələbə qazansa, Avropa Liqasında özünün 20-ci, Azərbaycan klublarının isə 50-ci qalibiyyətinin müəllifi olacaq.
 
Azərbaycan çempionatının bürünc medalçısı "Qəbələ” də qrup mərhələsində çıxış etmək üçün mübarizə aparacaq. İlk matçda öz meydanında "Maribor”a 3:1 hesabı ilə qalib gələn "qırmızı-qaralar” səfərə üstünlüklə yollanıb. Roman Qriqorçukun yetirmləri ardıcıl ikinci dəfə əsas mərhələdə çıxış etmək üçün Sloveniyadan sərfəli nəticə ilə dönməlidir. Cari mövsüm keçirdiyi bütün avrokubok matçlarında qol sevinci yaşayan "Qəbələ”nin səfərdə də qol vuracağı gözləniləndi. Daim hücum futbolu ilə diqqət çəkən komandamız hətta səfər matçlarında da üslubunu dəyişmir.  "Qəbələ” tarix yazmağa da çox yaxındı. "Qırmızı-qaralar” üstünlüyünü qorusa, ardıcıl iki dəfə 4 mərhələ adlamaqla tarixə düşəcək.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
"Real" Toni Kroosa klubda vəzifə vermək istəyir
İdman 22:30
"Real" Toni Kroosa klubda vəzifə vermək istəyir
Bundesliqa tarixində ilk dəfə qadın baş məşqçi təyin edilib
İdman 19:30
Bundesliqa tarixində ilk dəfə qadın baş məşqçi təyin edilib
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
İdman 21:05
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
Əliyar Ağayev cəzalandırılıb
İdman 22:17
Əliyar Ağayev cəzalandırılıb
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İdman 20:51
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
İdman 18:29
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
İdman 22:06
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
İdman 21:27
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
İdman 15:29
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol