• $
  • £

Berti Foqts: “Azərbaycanlı futbolçular elə bilirlər ki, hər şeyi bacarırlar”

Berti Foqts: “Azərbaycanlı futbolçular elə bilirlər ki, hər şeyi bacarırlar”
25.08.2016 23:02
"Azərbaycan futbolunda inkişaf çox aşağı sürətlə gedir. Bu da məni məyus edir”. Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan yığmasının sabiq baş məşqçisi Berti Foqts deyib.
 
Avropa Liqasının pley-off mərhələsi çərçivəsində "Qarabağ”la "Höteborq” arasında bu gün keçiriləcək cavab görüşü öncəsi geniş yazı hazırlayan İsveçin "expressen.se” saytı Azərbaycan futbolu ilə bağlı araşdırma aparıb. Diqqətçəkən məqamlardan biri məhz Berti Foqtsun fikirlərinə də yer verilməsidi. Yığmamızın keçmiş çalışdırıcısı ölkəmizdə fəaliyyətdə olduğu illərdəki kimi, yenə azərbaycanlı futbolçuları tənqid edib.
 
70 yaşlı mütəxəssis məşqçilərimizə də söz atıb: "Uşaq və gənclərə daha çox diqqət ayırmaq lazımdı ki, onlar inkişaf etsinlər, peşəkar futbolçu olsunlar. Azərbaycanlı oyunçular özlərini çox rahat hiss edirlər. Onlar elə bilirlər ki, artıq hər şeyi bacarırlar və çətin məşqlərə ara verirlər. Mən isə bunu sevmirəm. Futbol Azərbaycan üçün çox vacibdi və sosial baxımdan sonuncu sırada deyil. Gələcək perspektiv baxımından ölkə düzgün yoldadı. Bu mənada nikbinəm. Klubları böyük stadionlara və akademiyalara malikdi. Amma hər şey infrastrukturla olmur. Futbolçuları və məşqçiləri inkişaf etmək üçün addım atmırlar. Mən meydanları boş görəndə qəzəblənirəm”.
 
Qeyd edək ki, Berti Foqts 2008-2014-cü illərdə Azərbaycan yığmasını çalışdırıb.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
"Real" Toni Kroosa klubda vəzifə vermək istəyir
İdman 22:30
"Real" Toni Kroosa klubda vəzifə vermək istəyir
Bundesliqa tarixində ilk dəfə qadın baş məşqçi təyin edilib
İdman 19:30
Bundesliqa tarixində ilk dəfə qadın baş məşqçi təyin edilib
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
İdman 21:05
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
Əliyar Ağayev cəzalandırılıb
İdman 22:17
Əliyar Ağayev cəzalandırılıb
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İdman 20:51
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
İdman 18:29
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
İdman 22:06
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
İdman 21:27
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
İdman 15:29
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol