Dani Kintana: “Rəqibdən üstün idik”
"Çətin oyun oldu. Bu gün göründü ki, biz rəqibdən daha üstün idik. 3:0 hesabı ilə qələbə qazandıq. Artıq nəsə deməyə ehtiyac yoxdur”.
Qol.az-ın məlumatına görə, bu sözləri "Höteborq”la oyundan (3:0) sonra "Qarabağ”ın aparıcı üzvü Dani Kintana deyib.
İspan futbolçu Avroliqanın qrup mərhələsində güclü rəqiblərlə qarşılaşmaq istədiklərini bildirib:
"Qrup mərhələsində ən güclü komandalarla qarşılaşmaq istəyirik. Avropada oynamağın ləzzəti budur. Keçən il "Tottenhem”lə üz-üzə gəlmişdik. Həmin görüşlər bizə çox qazandırıb”.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox