• $
  • £

"Tək istəyimiz qrupdan çıxmaqdır"

28.05.2020 21:07
"Qarabağ"ın direktoru Əmrah Çəlikəl Avropa Liqasında pley-off mərhələsində İsveçin "Göteborq" klubuna 3:0 hesabı qalib gəldikləri oyundan sonra brifinq keçirb.
 
Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, klub rəsmisi jurnalistlərinin suallarını cavablandırıb.
 
- İlk olaraq matç haqda düşüncələrinizi bildirərdiniz..... 

- Qələbə sevincini vurğulamaya ehtiyac yoxdur. Çox şadıq, inşallah, "Qəbələ" də qrupa düşər. "Qarabağ" Avropa Liqasında yenidən mübarizə aparacaq. Hamınızı təbrik edirəm. Açığı, hamımız inanırdıq. Əlbəttə, gərginlik hər birimizdə vardı. Sağ olsun futbolçularımız, baş məşqçimiz Qurban Qurbanov, onların əməyini qeyd etmək lazımdır. Hsmısı bu qələbədə zəhmət çəkdi. 
 
- "Qarabağ" neçəndi dəfədir belə pis vəziyyətdə olan meydançada oynayır...

- Meydançanın vəziyyəti ilə bağlı fikrinizlə razıyam. Hava şəraitindən xəbərdarsınız. Havada həm rütubət, həm də öyrəşdiyimizdən artıq - 38-40 dərəcə isti var. Heyf ki, bütün meydançalarda belə vəziyyət var. Biz də istərdik ki, daha yaxşı meydançada oynayaq, daha çox qol vuraq. 
 
- Qrup mərhələsində hansı rəqiblərlə düşmək istərdiniz?

- Rəqib haqda danışmaq istəməzdim. Biz istəyərdik ki, ən yaxşı variantı həyata keçirək. Çalışacağıq ki, qrupda ən yaxşı şəkildə oynayaq.
 
- Klub prezidenti Tahir Gözəlin yoxluğu nəylə bağlı idi?

- Tahir bəy işgüzar səfərdədir. O, matça canlı baxırdı, oyunboyu bizimlə əlaqə saxladı. Sevincini bizimlə bölüşdü, salamlarını çatdırdı. 
 
- Mümkün rəqiblərinizdən biri "Mançeter Yunayetd"dir. Belə bir rəqiblə qarşılaşmaq istərdiniz?

- Bizim istəməyimiz önəmli deyil. Biz çox şey istəyə bilərik. Hamımızın tək istəyi qrupdan çıxıb pley-offa vəsiqə qazanmaqdır.
 
- Qrup mərhələsi üçün yeni transfer gözlənilir?

- Bu, Qurban müəllimin səlahiyyətindədir. Əgər istərsə, rəhbərlik, sponsor dəstəyini göstərəcək. 
 
- Bu qələbəni kimə həsr edirsiniz?

- Əlbəttə ki, Azərbaycana. 

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
İdman 21:05
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
Əliyar Ağayev cəzalandırılıb
İdman 22:17
Əliyar Ağayev cəzalandırılıb
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İdman 20:51
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
İdman 18:29
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
İdman 22:06
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
İdman 21:27
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
İdman 15:29
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
İdman 21:50
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
İdman 10:01
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol