• $
  • £

Respublika stadionunun direktoru: "Saralmanın qarşısını almaq mümkün olmadı"

Respublika stadionunun direktoru:
26.08.2016 16:52
Tofiq Bəhramov adına Respublika stadionunun ot örtüyünün yenidən yararsız vəziyyətə düşməsinin səbəbi açıqlanıb.
 
Arenanın direktoru Şamil Quliyev "Report"a açıqlamasında ot örtüyünün durumunun avqustdakı isti havalarla əlaqədar pisləşdiyini bildirib.

Onun sözlərinə görə, ayın əvvəllərindən başlayaraq, qazonda saralmalar başlayıb. Suvarma vaxtlı-vaxtında aparılsa da, saralmanın qarşısını almaq mümkün olmayıb: "Təmir işləri stadionumuzu icarəyə götürən "Qarabağ" klubu tərəfindən aparılıb. Meydana qulluğu da klub əməkdaşları aparıb.
 
"Göteborq"la oyundan əvvəl vəziyyətin pisləşdiyini görüb kluba müraciət etdim ki, gəlin, bir əncam çəkin. Hələ qışda stadionda təmir işləri aparılarkən, "Qarabağ"ın stadiona cavabdeh şəxslərinə demişdim ki, qumdan az istifadə edin, ot örtüyünün alt qatı torf və torpaq olsun. Amma mənə qulaq asmadılar. "Göteborq"la ev oyunundan əvvəl "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov ot örtüyü ilə tanış oldu və "Bura nə gündədir?" dedi. Mən də bizlik bir şey olmadığını və stadionun ot örtüyünə klubun cavabdehlik daşıdığını bildirdim. O da mənimlə razılaşdı".

Direktorun fikrincə, avqustun 2-də Çexiya "Viktoriya"sı ilə Bakıdakı Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab görüşündən sonra meydana toxum səpilsəydi, effekti olmayacaqdı: "Çünki o toxumlar belə istilərə dözməyəcəkdi. Amma artıq havalar mülayimləşir. İndi toxum səpilsə, Avroliqanın qrup mərhələsindəki ilk ev oyununadək ot örtüyü qaydasına düşəcək".

Arena rəhbəri meydanın yararsız vəziyyətdə olmasına rəğmən, "Qarabağ"a UEFA-dan heç bir cərimənin tətbiq olunmayacağını da əlavə edib. O bildirib ki, UEFA nümayəndələri əvvəlcədən stadiona baxış keçiriblər və bu stadionda oynamağa razılıq veriblər.

Qeyd edək ki, "Qarabağ"ın Avropa Liqasında İsveç "Göteborq"u ilə keçirdiyi "pley-off" mərhələsinin cavab görüşündə Respublika stadionunun ot örtüyü yararsız vəziyyət olub. Matç meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 3:0. Bununla da səfərdəki 0:1 hesablı məğlubiyyətin əvəzini artıqlaması ilə çıxan Azərbaycan təmsilçisi qrup mərhələsinə yüksəlib.


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
"Real" Toni Kroosa klubda vəzifə vermək istəyir
İdman 22:30
"Real" Toni Kroosa klubda vəzifə vermək istəyir
Bundesliqa tarixində ilk dəfə qadın baş məşqçi təyin edilib
İdman 19:30
Bundesliqa tarixində ilk dəfə qadın baş məşqçi təyin edilib
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
İdman 21:05
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
Əliyar Ağayev cəzalandırılıb
İdman 22:17
Əliyar Ağayev cəzalandırılıb
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İdman 20:51
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
İdman 18:29
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
İdman 22:06
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
İdman 21:27
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
İdman 15:29
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol