• $
  • £

Əmrah Çəlikəl: "Avropa Liqasında asan rəqib olmur"

Əmrah Çəlikəl:
26.08.2016 18:35
"Çətin qrupa düşmüşük. Bu turnirdə asan komanda yoxdur. Amma inanıram ki, yaxşı olacaq".
 
Bunu "Report"a açıqlamasında "Qarabağ" klubunun icraçı direktoru Əmrah Çəlikəl Avropa Liqasında püşkatma nəticəsində düşdükləri J qrupundakı rəqibləri dəyərləndirərkən deyib.

Klub rəsmisi İtaliyanın "Fiorentina", Yunanıstanın PAOK və Çexiyanın "Slovan" klublarına qarşı layiqli mübarizə aparmağa və qrupdan çıxmağa çalışacaqlarını bildirib: "Bir daha qeyd edim ki, Avropa Liqasının qrup mərhələsində asan rəqiblər olmur. Əksinə, biz daha çox işləməli və daha da motivasiyalı olmalıyıq. Düşünsək ki, ikinci yeri tutub qrupdan çıxacağıq, bu, motivasiyamızı azalda bilər. Ona görə də asan qrupa düşdüyümüzə dair fikirlərlə razı deyiləm. Əlimizə düşən imkanlardan yararlanmağa çalışacağıq".

Ə.Çəlikəl komandanın ev oyunlarını keçirdiyi Tofiq Bəhramov adına Respublika Stadionunun ot örtüyü ilə bağlı da danışıb: "Ot örtüyünü yaxşı hala salmaq üçün çalışmalara başlamışıq. Oyunlarımızı bu stadionda keçirəcəyik. İşin gedişatında necə olacağını görəcəyik".

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
"Real" Toni Kroosa klubda vəzifə vermək istəyir
İdman 22:30
"Real" Toni Kroosa klubda vəzifə vermək istəyir
Bundesliqa tarixində ilk dəfə qadın baş məşqçi təyin edilib
İdman 19:30
Bundesliqa tarixində ilk dəfə qadın baş məşqçi təyin edilib
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
İdman 21:05
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
Əliyar Ağayev cəzalandırılıb
İdman 22:17
Əliyar Ağayev cəzalandırılıb
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İdman 20:51
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
İdman 18:29
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
İdman 22:06
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
İdman 21:27
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
İdman 15:29
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol