• $
  • £

Qriqorçuk: “Qrup barədə yox, qarşıdakı oyunu fikirləşirik”

Qriqorçuk: “Qrup barədə yox, qarşıdakı oyunu fikirləşirik”
26.08.2016 17:54
"Püşkdə bəxtimizə düşən rəqiblər nüfuzlu və güclü klublardı”. Bunu apasport.az saytına "Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk deyib.
 
Ardıcıl ikinci dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanan "qırmızı-qaralar” burada "Anderlext” (Belçika), "Sent-Etyen” (Fransa) və "Maynts”la üz-üzə gələcək.
 
Qrupu dəyərləndirən Qriqorçuk bu komandalarla oynamağın onlar üçün maraqlı olduğunu söyləyib. Ukraynalı mütəxəssis güclü rəqiblərə qarşı layiqli futbol nümayiş etdirməyə çalışacaqlarını söyləyib.
 
Qriqorçuk Avroliqadakı digər təmsilçimiz "Qarabağ”ın əvvəllər "Sent-Etyen” və "Anderlext”lə bir qrupa düşməsinin onlar üçün bir əhəmiyyət kəsb etmədiyini bildirib: "Qarabağ”ın "Sent-Etyen” və "Anderlext”lə oyunları keçmişdə qalıb. Bunun bizə heç bir bağlılığı yoxdu. Həmin görüşlərdən çox vaxt keçib. Bu müddətdə xeyli şey dəyişə bilər. Bu barədə danışmaqda heç bir məntiq görmürəm”.
 
51 yaşlı mütəxəssis qrup mərhələsində qarşılarına hər hansı bir hədəf qoymadıqlarını əlavə edib: "Qrupda qarşımıza hansısa vəzifənin qoyulmasından danışa bilmərəm. Qrup haqda yox, yalnız qarşıdakı oyun haqda düşünürəm. Çünki bu, dekabra qədər olan vaxtı əhatə edəcək. Bu qədər zamanı indidən fikirləşməyə ehtiyac yoxdu. Biz addım-addım irəliləmək prinsipi ilə yaşayırıq. Yalnız qarşıdakı oyun üçün hədəf müəyyənləşdiririk. Bundan sonra da belə olacaq. Bizim üçün qarşıdakı görüş daha vacibdi. Həmin matçda qalib gəlməyi özümüzə məqsəd qoyuruq və bunun üçün mübarizə aparırıq. Yəni oyunları tək-tək dəyərləndirəcəyik. Qrup mərhələsində də belə olacaq və ilk görüşü düşünəcəyik. Həmin oyunda rəqibin kim olmasının heç bir fərqi yoxdu. Evdə və ya səfərdə çıxış etməyimiz də burda heç bir rol oynamır”.
 
Qriqorçuk sonda "transfer pəncərəsi” bağlanana qədər heyəti gücləndirəcəklərini də istisna etməyib: "Transfer məsələsində çalışmalarımız davam edir. Bu elə də asan deyil. Amma çalışacağıq ki, nəsə edək”.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
"Real" Toni Kroosa klubda vəzifə vermək istəyir
İdman 22:30
"Real" Toni Kroosa klubda vəzifə vermək istəyir
Bundesliqa tarixində ilk dəfə qadın baş məşqçi təyin edilib
İdman 19:30
Bundesliqa tarixində ilk dəfə qadın baş məşqçi təyin edilib
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
İdman 21:05
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
Əliyar Ağayev cəzalandırılıb
İdman 22:17
Əliyar Ağayev cəzalandırılıb
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İdman 20:51
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
İdman 18:29
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
İdman 22:06
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
İdman 21:27
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
İdman 15:29
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol