Azərbaycan Prezidenti San-Marinonun kapitan-regentlərini təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev San-Marino Respublikasının kapitan-regentləri Can Nikola Berti və Massimo Andrea Uqolinini ölkələrinin milli bayramı münasibəti ilə təbrik edib.
ANN.Az-ın məlumatına görə, dövlət başçısının məktubunda deyilir:
"Ölkənizin milli bayramı – Respublika günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm. Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost San-Marino xalqına daim sülh və rifah diləyirəm”.
www.ann.az
Son xəbərlər
Daha çox