• $ 1.7
  • € 1.7517
  • ₽ 1.7594
  • ₺ 0.0472
  • £ 2.1013

Nazirlik: Turizm Şurası əlaqələndirmə funksiyasını yerinə yetirəcək

Nazirlik: Turizm Şurası əlaqələndirmə funksiyasını yerinə yetirəcək
29.05.2020 11:18
Yeni yaradılacaq Turizm Şurası turizm sahəsində dövlət orqanlarına həvalə edilmiş vəzifələrin icrasının əlaqələndirilməsi funksiyasını yerinə yetirəcək.

Bunu Trend-ə Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şıxəmmədov deyib.

Nazirlik rəsmisi bildirib ki, Prezident İlham Əliyevin Azərbaycanda turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında imzaladığı sərəncamda Mədəniyyət və Turizm Nazirliyinə bir sıra tapşırıqlar verilib. Bu tapşırıqlardan biri Turizm Şurasının yaradılmasıdır. V.Şıxəmmədov qeyd edib ki, sərəncama uyğun olaraq, artıq hər il Bakı şəhər İcra hakimiyyəti ilə birgə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Bakıda ticarət festivalları ("shopping festival”) keçiriləcək.

Onun sözlərinə görə, Maliyyə Nazirliyi, Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsi ilə birlikdə ticarət festivallarında ("shopping festival”) pərakəndə satış zamanı müvafiq güzəştlərin və təşviqlərin, o cümlədən sahibkarlar üçün vergi güzəştlərinin verilməsinə dair təkliflər bir ay müddətində hazırlanacaq: "Belə festivalların keçirilməsi dünya təcrübəsində mövcud olan bir layihədir. Festivalın günləri, festival çərçivəsindəki əyləncə layihələri ilə bağlı konkret təkliflər bir ay müddətində hazırlanaraq ölkə başçısına təqdim ediləcək”.

V.Şıxəmmədov qeyd edib ki, ölkə prezidentinin müvafiq sərəncamına uyğun olaraq, Bakıda və Abşeron yarımadasında, eləcə də Azərbaycanın Xəzər dənizi sahilində yerləşən regionlarında çimərlik ərazilərinin tam müasir standartlara uyğun şəkildə yaradılması, onlardan turizm məqsədi ilə istifadə edilməsi, çimərlik turizmi növünün inkişafı nəzərdə tutulur. Bununla bağlı layihələr və təkliflər hazırlanaraq 3 ay müddətində ölkə başçısına təqdim ediləcək.

V.Şıxəmmədovun sözlərinə görə, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bu ilin iyun ayında çirmərliklərlə bağlı pilot layihə hazırlanaraq Novxanıda müasir çimərlik zonası yaradılıb.

Qeyd edək ki, Prezident İlham Əliyev Azərbaycanda turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Turizm Şurası yaradılacaq. Şuranın əsas məqsədi Azərbaycanda turizm sahəsində mövcud vəziyyəti təhlil edilməsi, bu sahədə olan problemlərin aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsi, turizm sahəsində dövlət orqanlarına həvalə edilmiş vəzifələrin icrasının əlaqələndirilməsidir.

Şura öz fəaliyyətinə müstəqil ekspertləri və mütəxəssisləri cəlb edə bilər, habelə işçi qruplar yarada bilər.

Sərəncam əsasında Mədəniyyət və Turizm Nazirliyi və Təhsil Nazirliyi ilə birlikdə turizm və rekreasiya zonalarında Azərbaycan Turizm və Menecment Universitetinin nəzdində turizm üzrə ilk peşə-ixtisas təhsili müəssisələrinin (peşə məktəbləri və peşə liseyləri) yaradılması və bu məqsədlə müvafiq torpaq sahəsinin və əmlakın ayrılması ilə bağlı tədbirlər görüləcək.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Şamil Buksayev vəfat edib
Mədəniyyət 23:30
Şamil Buksayev vəfat edib
İsveç dizaynında daha çox parlaq rənglərə üstünlük verilir  – FOTOLAR
Mədəniyyət 18:16
İsveç dizaynında daha çox parlaq rənglərə üstünlük verilir – FOTOLAR
Xalq yazıçısı Afaq Məsuda Azərbaycan Prezidentinin fərdi təqaüdü verilib
Mədəniyyət 13:26
Xalq yazıçısı Afaq Məsuda Azərbaycan Prezidentinin fərdi təqaüdü verilib
TƏBİB müşavirə keçirib
Cəmiyyət 21:00
TƏBİB müşavirə keçirib
Sivva niyə Cəlil Cavanşirə “Nə isə” dedi...
Mədəniyyət 13:36
Sivva niyə Cəlil Cavanşirə “Nə isə” dedi...
“Yar gəldi yar” mahnısının erməni musiqisi kimi təqdim olunmasının qarşısı alınıb
Mədəniyyət 18:07
“Yar gəldi yar” mahnısının erməni musiqisi kimi təqdim olunmasının qarşısı alınıb
Siyavuş Kərimiyə Prezident təqaüdü təyin edilib
Mədəniyyət 18:18
Siyavuş Kərimiyə Prezident təqaüdü təyin edilib
Netflix Ermənistanda serial çəkəcək
Mədəniyyət 18:23
Netflix Ermənistanda serial çəkəcək
Xalq artisti Şahlar Quliyev vəfat edib
Mədəniyyət 09:56
Xalq artisti Şahlar Quliyev vəfat edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol