• $ 1.7
  • € 2.0019
  • ₽ 0.021512
  • ₺ 0.0397
  • £ 2.2976

BƏƏ səfiri: "Ərəb turistləri arasında Azərbaycanda biznes qurmaq istəyən şəxslər də var"

BƏƏ səfiri:
08.09.2016 14:28
"Mənim ötən ilin oktyabr ayında Azərbaycana səfir kimi gəldiyim ilk gündən ölkə məni öz səmimiliyi ilə valeh edib".

ANN.Az xəbər verir ki, bu barədə "Report" üçün Azərbaycanın turizm potensialına həsr olunmuş məqalədə BƏƏ-nin Azərbaycandakı səfiri Məhəmməd Əhməd Hamil Əl-Qubaisi bildirib. 

Onun sözlərinə görə, Azərbaycanda ərəb turistlərinin sayının xeyli artması iki ölkə arasında səmərəli əməkdaşlıq və qardaş münasibətlərinin nəticəsidir: "Mən bura gələn turistlərlə söhbət edirəm. Əmirlik sakinləri səyahət etməyi sevirlər. Biz dünyanın bir çox yerlərində olmuşuq, lakin Azərbaycanın xüsusi yeri var". 

Səfir qeyd edib ki, ərəb turistlərinin arasında Azərbaycanda biznes qurmaq istəyən şəxslər də var: "Azərbaycan prezidenti İlham Əliyev tərəfindən  biznes üçün yaradılan şərait investorlar üçün əlverişlidir. BƏƏ-dən investorlar daha çox qeyri-neft sektoruna, xüsusilə kənd təsərrüfatı sahəsinə sərmayə qoyuluşunda maraqlıdır. BƏƏ-nin böyük hissəsi səhradır, Azərbaycan isə münbit torpaqlara malikdir".

Səfir, həmçinin vurğulayıb ki, Azərbaycan və BƏƏ arasında ticarət əlaqələrinin yüksək göstəricilərinin əldə olunması üçün səylərini əsirgəməyəcək: "Mən inanıram ki, Azərbaycan hökumətinin dəstəyi ilə biz yaxın zamanlarda yeni uğurlar qazanacağıq". 


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
"AtaSığorta"nın satışıməhdudlaşdırılıb
İqtisadiyyat 15:54
"AtaSığorta"nın satışıməhdudlaşdırılıb
Avro və rubl bahalaşıb - Məzənnə
İqtisadiyyat 09:16
Avro və rubl bahalaşıb - Məzənnə
Azərbaycanda həyat sığortası üzrə ödənişlərin payı 77%-ə yüksəlib
İqtisadiyyat 16:33
Azərbaycanda həyat sığortası üzrə ödənişlərin payı 77%-ə yüksəlib
ABŞ Hindistan şirkətinə Rosneft-dən neft almağa müvəqqəti icazə verib
İqtisadiyyat 09:33
ABŞ Hindistan şirkətinə Rosneft-dən neft almağa müvəqqəti icazə verib
Bu günə olan məzənnə
İqtisadiyyat 09:21
Bu günə olan məzənnə
AMB 2026-cı il üçün pul siyasətinin hədəfini açıqlayıb
İqtisadiyyat 09:14
AMB 2026-cı il üçün pul siyasətinin hədəfini açıqlayıb
Səyahətə hazırlaşanlar üçün Yelo App-də rahat həllər!
İqtisadiyyat 15:28
Səyahətə hazırlaşanlar üçün Yelo App-də rahat həllər!
Qızıl bahalaşıb
İqtisadiyyat 10:13
Qızıl bahalaşıb
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:40
Azərbaycan nefti bahalaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol