• $ 1.7
  • € 2.0019
  • ₽ 0.021512
  • ₺ 0.0397
  • £ 2.2976

İlham Əliyev İndoneziyaya rəsmi səfərə dəvət olundu

İlham Əliyev İndoneziyaya rəsmi səfərə dəvət olundu
09.09.2016 14:44
Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İndoneziya Respublikası Xalq Məşvərət Məclisinin sədr müavini Oesman Sapta Odanqın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Dövlət başçısı Azərbaycan ilə İndoneziya arasında ikitərəfli əlaqələrin çox sürətlə inkişaf etdiyini vurğulayıb. İki ölkənin beynəlxalq təşkilatlarda bir-birinə həmişə dəstək vermələrinin önəmini qeyd edən Prezident İlham Əliyev iqtisadi, enerji, turizm və digər sahələrdə də əlaqələrimizin inkişaf etdirilməsinin zəruriliyini bildirib. Azərbaycan ilə İndoneziya arasında ticarət dövriyyəsinin istənilən səviyyədə olmadığını təəssüflə qeyd edən dövlət başçısı birgə səylər nəticəsində bu sahədə də irəliləyişlərə nail olmağın mümkünlüyünü deyib. İndoneziyanın turizm sahəsində böyük təcrübəyə malik olduğunu vurğulayan Prezident İlham Əliyev bu istiqamətdə də əməkdaşlığın inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu bildirib. Azərbaycan Prezidenti turizm sahəsində əlaqələrin genişləndirilməsi üçün iki ölkə arasında viza rejiminin sadələşdirilməsi istiqamətində zəruri addımların atılmasının məqsədəuyğun olduğunu deyib. Dövlət başçısı daha çox indoneziyalının Azərbaycanla tanış olmalarında ölkəmizin maraqlı olduğunu vurğulayıb.
Prezident İlham Əliyev İndoneziya Respublikasının Xalq Məşvərət Məclisinin sədr müavini Oesman Sapta Odanqın böyük nümayəndə heyəti ilə Azərbaycana səfərinin iki ölkə arasında ikitərəfli münasibətlərin möhkəmləndirilməsi baxımından əhəmiyyətli olacağına əminliyini ifadə edib.

Xalq Məşvərət Məclisinin sədr müavini Oesman Sapta Odanq İndoneziya Respublikasının Prezidenti Coko Vidodonun salamlarını dövlət başçısına çatdırıb. Oesman Sapta Odanq 10 partiyanı təmsil edən böyük bir nümayəndə heyəti ilə Azərbaycana səfər etdiyini vurğulayıb. O, Azərbaycan Prezidentinin İndoneziyaya səfərinin ölkəsində böyük səbirsizliklə gözlənildiyini deyib və İndoneziya Prezidentinin rəsmi dəvətini Prezident İlham Əliyevə çatdırıb.

Dövlət başçısı İndoneziya Respublikasının Prezidenti Coko Vidodonun salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını İndoneziya dövlətinin başçısına çatdırmağı xahiş edib.
 
Oxşar xəbərlər
Oxşar xəbərlər
Avropa İttifaqı ilə əməkdaşlıq Azərbaycanın və Aİ-nin maraqlarına cavab verir
Siyasət 17:48
Avropa İttifaqı ilə əməkdaşlıq Azərbaycanın və Aİ-nin maraqlarına cavab verir
Azərbaycan-İsrail münasibətləri İbrahim sazişlərindən kənarda formalaşıb – Bayramov
Siyasət 17:37
Azərbaycan-İsrail münasibətləri İbrahim sazişlərindən kənarda formalaşıb – Bayramov
Rusiyanın bu günlərdə AZAL-la bağlı təqdim etdiyi məktub ciddi təəccüb doğurdu - Nazir
Siyasət 17:12
Rusiyanın bu günlərdə AZAL-la bağlı təqdim etdiyi məktub ciddi təəccüb doğurdu - Nazir
Bu il Azərbaycan diplomatik vizasız gedişlər üçün 10 ölkə ilə yeni saziş imzalanıb
Siyasət 16:33
Bu il Azərbaycan diplomatik vizasız gedişlər üçün 10 ölkə ilə yeni saziş imzalanıb
Mina xəritələrinin təmin edilməsi 2020-ci ildən Azərbaycan üçün prioritet istiqamət olub- XİN rəsmisi
Siyasət 16:25
Mina xəritələrinin təmin edilməsi 2020-ci ildən Azərbaycan üçün prioritet istiqamət olub- XİN rəsmisi
Azərbaycan TDT ilə mülki müdafiə sahəsində əməkdaşlığı genişləndirib
Siyasət 15:59
Azərbaycan TDT ilə mülki müdafiə sahəsində əməkdaşlığı genişləndirib
“Rus evi”nin ləğvetmə prosesi tam yekunlaşıb- Nazir
Siyasət 15:56
“Rus evi”nin ləğvetmə prosesi tam yekunlaşıb- Nazir
Cari ildə Ukraynaya göstərilən humanitar yardımın məbləği açıqlanıb
Siyasət 15:31
Cari ildə Ukraynaya göstərilən humanitar yardımın məbləği açıqlanıb
Azərbaycan və Aİ arasında yeni danışıqlar gündəmdədir- Ceyhun Bayramov
Siyasət 15:27
Azərbaycan və Aİ arasında yeni danışıqlar gündəmdədir- Ceyhun Bayramov
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol