"Karyeramda verdiyim ən səhv qərar "Liverpool"a getmək idi"
"Nice"nin yeni transferi Mario Balotelli "Marseille"yə qarşı dubl etdiyi matçdan sonra maraqlı açıqlamalar verib.
Goal.az xəbər verir ki, italiyalı futbolçu "Liverpool"a getməklə səhv qərar verdiyini bildirib: "Karyeramda verdiyim ən səhv qərar "Liverpool"a getmək idi. Azarkeşləri çıxmaq şərti ilə klubu heç sevmədim. "Liverpool"da iki ayrı məşqçi ilə işlədim. Nə Rocersin metodları xoşuma gəldi, nə də Kloppun. Özümü orada heç rahat hiss etmirdim".
Xatırladaq ki, Mario Balotelli mövsümlərarası fasilədə "Liverpool"dan "Nice"yə pulsuz transfer olunmuşdu.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər