• $
  • £

"Qəbələ" klubunun kapitanı: "Neftçi"nin yerli futbolçularına görə ürəyim ağrıyırdı"

13.09.2016 10:40
Azərbaycan Premyer Liqasının IV turunda "Neftçi"ni 8:0 hesabı ilə yendikləri qarşılaşmadan sonra "Qəbələ” klubunun kapitanı Rəşad Sadiqovun "Report"a müsahibəsi

- Meydanda nə baş verdi ki, belə böyük fərqlə qalib gəldiniz?

- Çox gözəl oynadıq. Düşünürəm ki, layiqli qələbə qazandıq. Düzdür, heç kim inanmazdı ki, "Neftçi”yə 8 top fərqi ilə qalib gələcəyik. Sadəcə, oyunun gedişatı göstərdi ki, həmin matçda hər bir komanda "Neftçi”yə 8 qol vura bilər.

- Oyun ərzində boşa gedən epizodlar da oldu. Buna baxmayaraq, yəqin ki, nəticə sizi qane etdi...

- 8 top fərqi ilə qalib gəlmək bizi qane etməyə bilməzdi. Düzdür, o hesabdan sonra yerli futbolçulara görə pis olurduq, adamın ürəyi ağrıyırdı. Amma bu, futboldur. Bizim komandaya da hansısa klub 5-6 top vursa, pis vəziyyətə düşərik. Neyləyə bilərdik? Biz meydana oynamaq üçün çıxmışdıq. Vacib olan 3 xal qazanmaq idi, bunun da öhdəsindən gəldik.

- Komandanın oyunundan necə, razı qaldınız?

- Düşünürəm ki, oynumuz yaxşı alındı. Amma bu haqda baş məşqçi və mütəxəssislər danışsa, daha düzgün olar. Nəticə göstərdi ki, "Qəbələ” yaxşı oynadı və düzgün yoldadır.

- Sentyabrın 15-də Avropa Liqasının ilk turu çərçivəsində Belçikada "Anderlext”lə üz-üzə gələcəksiniz. Bu qarşılaşma haqda nə düşünürsünüz?

- Bilirik ki, "Anderlext” Azərbaycan çempionatındakı komandalarla eyni gücdə deyil. Hər il Çempionlar Liqasında mübarizə aparan komandadır. Ötən mövsüm "Qarabağ”la Avroliqanın qrup mərhələsindəki matçlarını da izləmişik. Çox güclü rəqiblə oynayacağıq. İnanıram ki, səfərdən yaxşı nəticə ilə qayıdacağıq. Ən əsası, yaxşı oyun sərgiləmək istəyirik.

- Qrup şanslarını necə dəyərləndirirsiniz?

- Rəqiblərimizin hər biri səviyyəli klubdur. Şansımız az olsa da, ümid sonda ölür. Hamı "Qəbələ”nin döyüşkən komanda olduğunu bilir. Əlimizdən gələni edəcəyik ki, son matça kimi qrupdan çıxma şansımızı əldən verməyək.

- Milli komandamız da dünya çempionatında oyunlara başladı və ilk matçda San-Marinoya səfərdə qalib gəldik. Buna baxmayaraq, 1:0 hesablı qələbə çoxlarını razı salmadı. Siz bu haqda nə düşünürsünüz?

- Açığı, oyunu izləməmişəm. Ona görə də bu haqda heç nə deyə bilmərəm. Amma hər halda, hesabdan aslı olmayaraq, qələbə qazanmağımız yaxşı haldır.


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qurban Qurbanov Elvin Cəfərquliyevi əsas komandadan uzaqlaşdırıb
İdman 19:02
Qurban Qurbanov Elvin Cəfərquliyevi əsas komandadan uzaqlaşdırıb
Turan Bayramov Avropa çempionatında bürünc medal qazanıb
İdman 18:06
Turan Bayramov Avropa çempionatında bürünc medal qazanıb
Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində növbəti qələbəsini qazanıb
İdman 23:30
Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində növbəti qələbəsini qazanıb
“Qarabağ” – “Sabah” matçının biletləri bu tarixdə satışa çıxır
İdman 20:49
“Qarabağ” – “Sabah” matçının biletləri bu tarixdə satışa çıxır
"Real" Toni Kroosa klubda vəzifə vermək istəyir
İdman 22:30
"Real" Toni Kroosa klubda vəzifə vermək istəyir
Bundesliqa tarixində ilk dəfə qadın baş məşqçi təyin edilib
İdman 19:30
Bundesliqa tarixində ilk dəfə qadın baş məşqçi təyin edilib
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
İdman 21:05
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
Əliyar Ağayev cəzalandırılıb
İdman 22:17
Əliyar Ağayev cəzalandırılıb
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İdman 20:51
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol