Çempionlar Liqasının qrup mərhələsinə start verilir
Bu gün Çempionlar Liqasının qrup mərhələsinin ilk oyunları baş tutacaq.
Azərbaycanlı azarkeşlərində diqqət mərkəzində olan "Beşiktaş” Portuqaliya səfərində "Benfika”nın qonağı olacaq. Şenol Günəşin yetirmələrə ilk qarşılaşma sərfəli nəticə alaraq qrup mərhələsinə yaxşı başlanğıc etmək niyyətindədir. Son Türkiyə çempionu heyətində zədəli futbolçu yoxdur. Qarşılaşmaya Bakı vaxtilə 22: 45-də start veriləcək.
Bu gün keçiriləcək qarşılaşmaları siyahısını təqdim edirik:
A qrupu
"Bazel” (İsveçrə) – "Ludoqorets” (Bolqarıstan)
PSJ (Fransa) – "Arsenal” (İngiltərə)
B qrupu
"Benfika” (Portuqaliya) – "Beşiktaş” (Türkiyə)
"Dinamo” (Kiyev, Ukrayna) – "Napoli” (İtaliya)
C qrupu
"Barselona” (İspaniya) – "Seltik” (Şotlandiya)
"Mançester Siti” (İngiltərə) – "Borussiya” (Mönhenqladbax, Almaniya)
D qrupu
"Bavariya” (Almaniya) – "Rostov” (Rusiya)
"PSV "(Hollandiya) – "Atletiko” (İspaniya)
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər