Dünya separatçıları Moskvaya toplaşır
Sentyabrın 25-də Moskvada dünyanın müxtəlif yerlərdə separatçı ərazilərin və hərəkatların nümayəndələrinin iştirakı ilə qurultay keçiriləcək.
Virtualaz.org xəbər verir ki, bu haqda RBK qurultayın təşkilatçısı olan "Rusiyanın Antiqloballaşma Hərəkatı”ına istinadən yazır.
"Millətlər dialoqu. Xalqların öz müqəddəratını təyin etməsi və çoxqütblü dünya quruculuğu” adlı illik konfransın keçirilməsi üçün hərəkat 3.5 milyon rubl Prezident qrantı alıb. Təşkilatçıların bildirdiyinə görə, qurultayda Dağlıq Qarabağdan, İraqın şimalındakı "Kürdüstan”dan, Şimali İrlandiyadan, Şotlandiyadan, Kataloniya və Qərbi Saxaradan, dünyanın digər yerlərindən separatçılar iştirak edəcəklər.
Təşkilatçılar hətta ABŞ-dan Kaliforniya, Texas və Havay adalarının müstəqilliyinə çağıran hərəkatlara da dəvət göndəriblər. Qurultay Rusiya Prezident Administrasiyasının balansında olan "President Hotel”də keçiriləcək, ertəsi gün isə "İzmaylovo” otelində yekun mətbuat konfransının keçirilməsi nəzərdə tutulur.
"Rusiyanın Antiqloballaşma Hərəkatı” ictimai təşkilat kimi qeydiyyatdan keçib, 2012-ci ildən fəaliyyətdədir və prezidenti Aleksandr İonovdur. Təşkilatın fəxri üzvləri arasında Suriya prezidenti Bəşər Əsəd və İranın eks-prezidenti Mahmud Əhmədinejad yer alır. Təşkilat tərəfdarlarının ianələri və hökumət qrantları hesabına maliyyələşir.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər