• $
  • £

“Ramilin Azərbaycanı seçməsində maliyyә rol oynaya bilər” - Mutko

“Ramilin Azərbaycanı seçməsində maliyyә rol oynaya bilər” - Mutko
13.09.2016 23:37
Rusiya idman naziri və Futbol İttifaqının prezidenti Vitali Mutko jurnalistləri Ramil Şeydayev məsələsinə təmkinlə yanaşmağa dəvət edib.

"Qafqazinfo” xəbər verir ki, o, media mənsublarından futbolçunun Azərbaycan vətəndaşlığını almaq və ölkəmizin millisində oynamaq qərarını normal qarşılamalarını və ümumiləşdirilmələrin aparılmamasını istəyib.

Çərşənbə axşamı Moskvada müdia nümayəndələrinin önünə çıxan Mutko deyib: "Şeydayevlə bağlı sualları bizə yox, onun özünə verin. Bir sıra insanlar var ki, vətəndaşlığını bu və ya digər səbəblərdən dəyişirlər. Onların arasında bizim idman ictimaiyyətini təmsil etmək üçün Rusiya vətəndaşlığını qəbul edənlər də var. Bu, insanların seçimidir. Biz buna təsir edə bilmərik. Bu, əsgərliyə çağırış məsələsi deyil ki... Şeydayev bu seçimi valideynləri ilə birgə edib. Bəlkə də burda hansısa maliyyə şərtləri əsas rol oynayıb. Elə ölkələr var ki, onlar milliyə futbolçu çağırıb oynada bilirlər. Şeydayev başqa ölkənin vətəndaşı olmaq istəyibsə, biz ona qadağa tətbiq edə bilmərik. Heç nədən söz-söhbət yaratmaq gərəksizdir".

Mutko bildirib ki, əsas məqsəd yeni ulduzları kəşf etmək olmalıdı: "Bizim əsas prioritetimiz gənc istedadları üzə çıxarmaq və onların hüquqlarını qorumaqdı. Əsas məsələ legioner limiti ilə bağlıdı. Bu addım ona görə atılıb ki, uşaq futbol məktəbləri və məşqçiləri üçün siqnal olsun. Növbəti addımlarımız həmin məktəblərdən istedadları tələb etmək olacaq”.

Qeyd edək ki, "Zenit"in yetirməsi olan Ramil Şeydayev bu yay "Trabzonspor" klubuna keçib. O, həm də Rusiya vətəndaşlığından imtina edib, Azərbaycan passportu alıb və millimizdə oynamaq imkanı qazanıb. Hücumçu San Marinoya qarşı DÇ-2018-in seçmə mərhələsində sentyabrın 4-ü keçirilən səfər görüşündə debüt edib.


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qurban Qurbanov Elvin Cəfərquliyevi əsas komandadan uzaqlaşdırıb
İdman 19:02
Qurban Qurbanov Elvin Cəfərquliyevi əsas komandadan uzaqlaşdırıb
Turan Bayramov Avropa çempionatında bürünc medal qazanıb
İdman 18:06
Turan Bayramov Avropa çempionatında bürünc medal qazanıb
Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində növbəti qələbəsini qazanıb
İdman 23:30
Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində növbəti qələbəsini qazanıb
“Qarabağ” – “Sabah” matçının biletləri bu tarixdə satışa çıxır
İdman 20:49
“Qarabağ” – “Sabah” matçının biletləri bu tarixdə satışa çıxır
"Real" Toni Kroosa klubda vəzifə vermək istəyir
İdman 22:30
"Real" Toni Kroosa klubda vəzifə vermək istəyir
Bundesliqa tarixində ilk dəfə qadın baş məşqçi təyin edilib
İdman 19:30
Bundesliqa tarixində ilk dəfə qadın baş məşqçi təyin edilib
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
İdman 21:05
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
Əliyar Ağayev cəzalandırılıb
İdman 22:17
Əliyar Ağayev cəzalandırılıb
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İdman 20:51
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol