• $ 1.7
  • € 2.0019
  • ₽ 0.021512
  • ₺ 0.0397
  • £ 2.2976

Mərkəzi Elmi Kitabxananın kitab fondu zənginləşdirilir

Mərkəzi Elmi Kitabxananın kitab fondu zənginləşdirilir
14.09.2016 12:04
Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının fondlarına Azərbaycan Respublikasının daxili və xarici siyasətinə, beynəlxalq münasibətlərinə dair "Strateji təhlil” analitik jurnalının  – müstəqil, resenziyalı, elmi nəşrlər toplusunun 2016-cı il, 1 və 2-ci sayı daxil olub.

Qeyd edək ki, 2010-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında Strateji araşdırmalar Mərkəzi tərəfindən təsis edilmiş "Strateji təhlil” jurnalının il ərzində 4 sayı çap edilir. Məqalələr aktual mövzulara həsr olunmaqla yanaşı analitik xarakter daşıyır. "Strateji təhlil” jurnalında əsasən Azərbaycanın daxili və xarici siyasəti, iqtisadiyyat, hüquq, fəlsəfə, sosiologiya, psixologiya və digər ictimai və humanitar elm sahələri elmi-metodoloji cəhətdən təhlil edilir və müəlliflərin yeni ideya və yanaşmaları əks olunur.

AMEA Mərkəzi Elmi Kitabxanasının İctimaiyyətlə əlaqələr bölməsindən ANN.Az-a verilən məlumata görə, tibb üzrə fəlsəfə doktoru, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Nağdəli Zamanov müəllifi olduğu iki cildlik "Heydər Əliyev və Azərbaycan nitq mədəniyyəti” adlı monoqrafiyalarını MEK-ə hədiyyə edib.

Monoqrafiyanın birinci cildində Azərbaycan nitq mədəniyyətinin inkişafında, təşəkkül tapmasında Ulu Öndər Heydər Əliyevin nitq və çıxışları kompleks şəkildə araşdırılıb, bir sıra nitq elementləri qətiyyət, səmimiyyət, nikbinlik, proqnozlar müəllif tərəfindən öyrənilib. İlk dəfə olaraq, Heydər Əliyevin nitqində məntiqi ardıcıllıq, fəlsəfi nitqlər, poetik duyğular monoqrafiyada geniş əksini tapıb.

İkinci cilddə isə Heydər Əliyev nitqində müasir inteqrasiya dövründə dildə baş verən dəyişikliklərlə bağlı yaranan neologizmlər, nitq hissələri, frazeoloji birləşmələr  işıqlandırılıb.

AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru, professor Nizami Cəfərovun ön söz yazdığı kitabda təqdim olunan monoqrafiyalar siyasət, dilçilik, diplomatiya, jurnalistika, ədəbiyyat və digər sahələrdə fəaliyyət göstərən və təhsil alanlar üçün dəyərli vəsaitdir.

Qeyd edək ki, kitablar MEK-in sərgi salonunda da nümayış olunur.

Dietoloq, professor Maqsud Qasımov həmmüəllifi olduğu sağlam qidalanmaya dair kitabları MEK-ə hədiyyə edib.

"Sağlam həyat tərzi uğrunda” kitabında əhalinin sağlamlığının saxlanması və möhkəmləndirilməsinə aid elmi-metodik, praktiki xarakter daşıyan materiallar, o cümlədən sağlam həyat tərzi normalarına dair faydalı fikirlər öz əksini tapıb.

"Artıq bədən çəkisi və piylənmə ilə yanaşı gedən xəstəlilklərdə pəhriz” kitabı həkim dietoloqlar, qidalanma ilə əlaqədar pozulmaların müalicəsi və xəstəliklərin profilaktikası ilə məşğul olan həkimlər, endokrinoloqlar, kardioloqlar, o cümlədən tibb ixtisası üzrə təhsil alan tələbələr üçün mühüm dərs vəsaitidir. Bu kitabda 1-ci və 2-ci tip şəkərli diabetdə pəhriz, şəkərli diabetin bəzi ağırlaşmaları barədə qiymətli məsləhətlər verilir.

"Əmək və əhalinin sosial təminat sistemində az təminatlı, ahıl və qoca yaşlı adamların, əlillərin səmərəli və pəhriz qidalanmasının təşkili” kitabı metodik tövsiyədir. Belə ki, burada ahıl və qoca yaşlı insanların müalicəvi qidalanmasının təşkilinə dair irəli sürülən tələblərdən, onun xüsusiyyətlərindən, sosial təminat sistemində az təminatlı, yoxsul insanlara kömək məqsədilə əhalinin səmərəli və dietik qidalanmasından bəhs edilir.

"Sağlam qidalanmanın elmi əsasları” kitabı müxtəlif qidalanma problemlərinə həsr olunmuş və düzgün qidalanmanın köməyilə öz sağlamlığının yaxşılaşdırılması ilə əlaqədar məsələlərlə maraqlanan insanlar üçündür.

Qeyd olunan kitablardan tələbələr, müəllimlər, geniş kütlə və həkimlər istifadə edə bilərlər.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ermənistan vətəndaşlarının məhkəməsində məhkəmə baxışı başa çatıb
Cəmiyyət 21:00
Ermənistan vətəndaşlarının məhkəməsində məhkəmə baxışı başa çatıb
Göygöldə mikroavtobusla minik avtomobili toqquşub, xəsarət alanlar var
Cəmiyyət 20:53
Göygöldə mikroavtobusla minik avtomobili toqquşub, xəsarət alanlar var
DTX-də MİDA-ya kiberhücumla bağlı cinayət işi açılıb
Cəmiyyət 18:43
DTX-də MİDA-ya kiberhücumla bağlı cinayət işi açılıb
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Cəmiyyət 18:07
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Azərbaycan XİN rəhbəri hansı şərtlər fonunda Ermənistana səfər edə bilər? - Nazirdən açıqlama
Cəmiyyət 17:40
Azərbaycan XİN rəhbəri hansı şərtlər fonunda Ermənistana səfər edə bilər? - Nazirdən açıqlama
Pirotexniki vasitələr satan 11 nəfər saxlanılıb
Cəmiyyət 17:11
Pirotexniki vasitələr satan 11 nəfər saxlanılıb
Əli Əsədov bu qaydanı təsdiq edib
Cəmiyyət 16:20
Əli Əsədov bu qaydanı təsdiq edib
Bu hakimin fəaliyyətinəxitam verilib
Cəmiyyət 15:30
Bu hakimin fəaliyyətinəxitam verilib
Cari ildə Azərbaycan 41 ölkə ilə ümumilikdə 191 beynəlxalq sənəd imzalayıb
Cəmiyyət 15:24
Cari ildə Azərbaycan 41 ölkə ilə ümumilikdə 191 beynəlxalq sənəd imzalayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol