• $ 1.7
  • € 2.0019
  • ₽ 0.021512
  • ₺ 0.0397
  • £ 2.2976

Azərbaycan Qazaxıstandan taxıl alacaq

Azərbaycan Qazaxıstandan taxıl alacaq
15.09.2016 18:18
Qazaxıstan bu il 8,5 milyon ton həcmində taxıl ixrac edəcəyini proqnozlaşdırır. Bu həcmin 5,9%-i və ya 500 min tona qədəri Azərbaycanın payına düşür. 
 
Report "Kazak-zerno” saytına istinadən verdiyi məlumata görə, Qazaxıstan ənənəvi satış bazarları olan Əfqanıstana 4,2 milyon ton, İrana 1,8 milyon ton, Çinə 500 min ton, Gürcüstana 200 min ton, Rusiyaya isə 900 min ton taxıl tədarük etmək niyyətindədir.

Qeyd edək ki, bu ilin əvvəlindən qazaxıstanlı dəmiryolçular 7 milyon tondan artıq taxıl məhsulunun daşımasını həyata keçiriblər. Yeni məhsulun daşınma əməliyyatlarının təşkilinə dair məsələlər "Qazaxıstan Dəmir Yolları” SС-nin vitse-prezidenti Kanat Alpısbayevin sədrliyi ilə keçirilən toplantıda əsas müzakirə mövzusu olub.

Toplantı zamanı bildirib ki, Qazaxıstan taxılı Mərkəzi Asiya, Yaxın Şərq, Rusiyaya ixrac olunur. Çin istiqamətində taxılın daşınma həcmləri artır: 

"Cari ildə Çinə 200 min tondan artıq məhsul göndərilib. Eyni zamanda, İrana multimodal daşımaların həyata keçirilməsi üçün bütün zəruri şərtlər yaradılıb. Aktau limanında ildə 1,5 milyon ton taxıl emaletmə həcminə malik, 60 min ton gücündə taxıl qəbul edilməsi üçün yeni terminal inşa edilib. Həmçinin, taxıl məhsullarının daşınma əməliyyatlarını tam təmin etmək üçün 7 min vaqona ehtiyac duyulur”.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 11:54
"BakuBus" daha bir marşrut xəttinin istiqamətini dəyişdi
İran Mərkəzi Bankı Bakı və Tehran bankları arasında əməkdaşlıq təklif etdi
İqtisadiyyat 11:46
İran Mərkəzi Bankı Bakı və Tehran bankları arasında əməkdaşlıq təklif etdi
Vahid Əhmədov: Təhsil və səhiyyə işçilərinin maaşı artırılmalıdır
İqtisadiyyat 11:42
Vahid Əhmədov: Təhsil və səhiyyə işçilərinin maaşı artırılmalıdır
Ət bahalaşdı – VİDEO
İqtisadiyyat 11:41
Ət bahalaşdı – VİDEO
Pərakəndə ticarət fəaliyyəti ilə məşğul olanlardan ƏDV ticarət əlavəsindən tutulacaq
İqtisadiyyat 11:34
Pərakəndə ticarət fəaliyyəti ilə məşğul olanlardan ƏDV ticarət əlavəsindən tutulacaq
Dolların ucuzlaşmasının səbəbləri açıqlandı
İqtisadiyyat 11:28
Dolların ucuzlaşmasının səbəbləri açıqlandı
Bakıda SON VƏZİYYƏT: Yollar buz bağlayıb, tıxac var
İqtisadiyyat 11:17
Bakıda SON VƏZİYYƏT: Yollar buz bağlayıb, tıxac var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol