Səfir Azərbaycanı tərk edir
İranın Azərbaycandakı səfiri sentyabrın 22-də Azərbaycanı tərk edəcək.
ANN.Az Trend-ə istinadən bildirir ki, bunu İranın Azərbaycandakı səlahiyyət müddəti başa çatan səfiri Möhsün Pakayin bu gün keçirdiyi mətbuat konfransında deyib.
M.Pakayın səfir olduğu müddətdə İran ilə Azərbaycan əlaqələrinin inkişafından danışıb: "Mənim səfir olduğum müddətdə iki ölkə ararsında qarşılıqlı etimadın artırılması istiqamətində xeyli işlər görülüb və qarşılıqlı əlaqələr inkişaf edib. Bu gün İran ilə Azərbaycan arasında ikitərəfli münasibətlər yüksək səviyyədədir. Bu müddətdə İran prezidentləri 3 dəfə Azərbaycana və Azərbaycan prezidenti İlham Əliyev iki dəfə İrana səfər edib".
M.Pakayin bildirib ki, onun səfir olduğu müddətdə iki ölkə arasnda 50-yə yaxın sənəd imzalanıb. Səfir bu müddət ərzində iki ölkə arasında iqtisadi əlaqələrin də inkişaf etdiyini bildirib. O bildirib ki, İran ilə Azərbaycan arasında aviareyslərin sayı artıb. Naxçıvan-Məşhəd qatarının yaxın vaxtlarda işə düşəcəyini bildirən səfir bunun iki ölkə arasında əlaqələrin daha da inkişaf etməsinə səbəb olacağını deyib.
Səfir medianın da rolunu yüksək qiymətləndirib. O bildirib ki, media ilə sıx əlaqələr sayəsində Azərbaycan ilə İran arasında münasibətləri korlamağa çalışan xarici qüvvələrin təbliğatı zəiflədilib.
M.Pakayin Azərbaycan və Azərbaycan xalqı üçün darıxacağını diqqətə çatdırıb: "Mən Azərbaycanda qəriblik hiss etmədim, özümü öz ölkəmin xalqı arasında hiss etdim. Din, mədəniyyət və digər sahələrdə bir-birimizə çox yaxınıq".
www.ann.az