Qırğızıstan prezidentinin səhhəti pisləşib
O, məzuniyyətə çıxıb
ANN.Az xarici mediaya istinadən xəbər verir ki, Qırğızıstan prezidenti Almazbek Atambayev səhhətində yarana problemlərə görə qısamüddətli məzuniyyət götürüb.
Prezidentin mətbuat xidmətinin məlumatına görə, prezidentin ürəyi ilə bağlı problemlər yaranıb. Məzuniyyətin oktyabrın 1-nə qədər davam edəcəyi qeyd olunub.
Almazbek Şarşenoviç Atambayev 2011-ci ildən Qırğızıstan Respublikasının prezidenti, Qırğızıstan Sosial-Demokrat Partiyasının sədri vəzifələrini icra edir.
Atambəyovun ilk həyat yoldaşı Buajar Atambəyovadan 4 övladı var: oğlanları Seyidbəy və Seytək, iki əkiz qızı Diana və Dinara.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər