• $
  • £

"Qızıl top" mükafatının şərtləri dəyişdi

20.09.2016 16:40
İlin ən yaxşı futbolçusuna təqdim olunan "Qızıl top" mükafatının şərtlərində dəyişikliklər edilib. 

ANN.Az goal.az-a istinadən xəbər verir ki, bu ildən sözügedən mükafatı yenə "France Football" jurnalı verəcək.

6 ildən sonra özünün təqdim edəcəyi "Qızıl top" mükafatının şərtlərində dəyişikliklər edən Fransanın məşhur nəşri əvvəllər olduğu kimi, tək başına müəyyənləşdirdiyi səsverməyə yenilik gətirib:

1. Altı ildi yığma komandaların kapitanlarının, baş məşqçilərinin və jurnalistlərin rəyi əsasında təqdim edilən "Qızıl top" mükafatının qalibi əvvəllər olduğu kimi, dünyanın müxtəlif ölkələrindən olan jurnalistlərdən ibarət təşkil olunacaq münsiflər heyəti tərəfindən müəyyənləşdiriləcək.

2. Bu dəfə 23 yox, 30 futbolçu arasında seçim aparılacaq.

3. Təqdimetmədən öncə finala qalan 3 futbolçu sistemi ləğv ediləcək.

4. Qalib gələn futbolçunun adı və kimin neçənci yeri tutduğu il başa çatmamış açıqlanacaq.

"France Football" jurnalının 1956-2009-cu illərdə verdiyi "Qızıl top" mükafatı ilə FİFA-nın 1991-2009-cu illərdə seçdiyi "dünyada ilin futbolçusu" mükafatı 2010-cu ildə "FİFA Ballon d'Or" adı altında birləşmişdi. Tərəflər arasında imzalanmış 6 illik müqavilə artıq başa çatıb və yenilənməyib.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
UFC döyüşçüsü Rafael Fiziyev Bakıya gəlib
İdman 14:26
UFC döyüşçüsü Rafael Fiziyev Bakıya gəlib
"Qarabağ"dan daha bir transfer
İdman 22:14
"Qarabağ"dan daha bir transfer
“Qarabağ”ın ilk rəqibi müəyyənləşib
İdman 19:25
“Qarabağ”ın ilk rəqibi müəyyənləşib
“Sabah”ın ÇL-dəki rəqibi müəyyənləşib
İdman 18:30
“Sabah”ın ÇL-dəki rəqibi müəyyənləşib
DÇ-2026: Türkiyə millisi Avstraliyaya uduzub
İdman 10:00
DÇ-2026: Türkiyə millisi Avstraliyaya uduzub
Futbol üzrə 2026-cı il dünya çempionatının açılış mərasimi keçirilir
İdman 22:18
Futbol üzrə 2026-cı il dünya çempionatının açılış mərasimi keçirilir
Azərbaycanın 3x3 basketbol yığması Dünya Kubokunun 1/4 finalında
İdman 23:18
Azərbaycanın 3x3 basketbol yığması Dünya Kubokunun 1/4 finalında
Avropa çempionu olan Azərbaycanın minifutbol yığması Vətənə qayıdıb
İdman 19:29
Avropa çempionu olan Azərbaycanın minifutbol yığması Vətənə qayıdıb

Prezident Azərbaycan minifutbol millisi ilə bağlı paylaşım edib
İdman 10:04
Prezident Azərbaycan minifutbol millisi ilə bağlı paylaşım edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol