• $
  • £

Dübəndidə dəniz sahilinin neftlə çirklənməsinin səbəbi açıqlanıb

Dübəndidə dəniz sahilinin neftlə çirklənməsinin səbəbi açıqlanıb
21.06.2026 15:31

İyunun 19-da “Azneft” İB-nin mərkəzi aparatının aidiyyəti xidmətlərinə Dübəndi çimərliyi ərazisində neftlə çirklənmə izlərinin müşahidə olunması barədə məlumat daxil olub. Pirallahı adası ilə Dübəndi arasındakı akvatoriyada gəmilər və helikopter vasitəsilə aparılan ilkin baxış zamanı neft ləkəsi aşkar edilib.

“Azneft” İB-dən bildirilib ki, hadisənin ilkin mərhələsində neftin aktiv çıxış nöqtəsi vizual olaraq müşahidə olunmadığından mümkün çirklənmə mənbələrinin bir neçə variantı nəzərdən keçirilib. Aparılmış nəzarətli diaqnostik yoxlama nəticəsində çirklənmə mənbəyinin “Azneft” İB-yə məxsus sualtı neft kəmərlərindən biri olduğu müəyyən edilib. Sızma mənbəyi müəyyənləşdirildikdən dərhal sonra həmin sualtı kəmər üzrə neftin nəqli dayandırılıb. “Azneft” İB tərəfindən insidentin idarə olunması məqsədilə operativ qərargah yaradılıb və vəziyyət nəzarətə götürülüb.

“Azneft” İB-nin dalğıc xidməti tərəfindən aparılmış diaqnostik tədbirlər nəticəsində sualtı neft kəmərində mexaniki xarakterli zədələnmələr aşkar edilib. İlkin qiymətləndirməyə əsasən, bu zədələnmələrin xarici predmetlə, ehtimal ki, lövbər ilə təmas nəticəsində yarandığı müəyyən edilib.

Zədələnmə aşkar edildikdən dərhal sonra təmir-bərpa işlərinə başlanılıb. Bu işlər başa çatana qədər zədələnmiş kəmər istismardan kənar saxlanılır ki, bu da dənizə neft sızmasının davam etməsinin qarşısını alır.

İnsidentin nəticələrinin aradan qaldırılması, o cümlədən dənizin və sahilyanı ərazilərin təmizlənməsi işləri Fövqəladə Hallar Nazirliyi və “Azneft” İB tərəfindən sıx koordinasiyalı şəraitində həyata keçirilir.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:30
Bu ərazilərdə qaz olmayacaq
Bakıda sərnişin avtobusunda yanğın baş verib - Video
Cəmiyyət 21:58
Bakıda sərnişin avtobusunda yanğın baş verib - Video
Tümendən Bakıya uçan "UTair" təyyarəsi Ufada məcburi eniş edib
Cəmiyyət 21:20
Tümendən Bakıya uçan "UTair" təyyarəsi Ufada məcburi eniş edib
Xocavənd rayonunda mina partlayıb, xəsarət alanlar var - Yenilənib
Cəmiyyət 21:06
Xocavənd rayonunda mina partlayıb, xəsarət alanlar var - Yenilənib
Ələt-Astara yolunda qəza olub, üç nəfər xəsarət alıb
Cəmiyyət 20:27
Ələt-Astara yolunda qəza olub, üç nəfər xəsarət alıb
İlin ikinci Günəş tutulması başlayıb
Cəmiyyət 20:25
İlin ikinci Günəş tutulması başlayıb
Taksi sürücüləri üçün imtahan keçiriləcək – qeydiyyat başlayıb
Cəmiyyət 19:01
Taksi sürücüləri üçün imtahan keçiriləcək – qeydiyyat başlayıb
Ağdaşda heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Cəmiyyət 18:58
Ağdaşda heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Yasamal rayonunda oğurluq edən şəxslər saxlanılıblar
Cəmiyyət 18:31
Yasamal rayonunda oğurluq edən şəxslər saxlanılıblar
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol