• $ 1.7
  • € 2.0019
  • ₽ 0.021512
  • ₺ 0.0397
  • £ 2.2976

Lukaşenko: “Artıq təngə gəlmişik”

Lukaşenko: “Artıq təngə gəlmişik”
21.09.2016 09:48
Belarus və Rusiya arasında ticarət-iqtisadi münasibətlər istənilən səviyyədə olmayıb.

ANN.Az APA-ya istinadən xəbər verir ki, bunu ötən gün Belarus prezidenti Aleksandr Lukaşenko deyib. "BelTA” bildirir ki, Aleksandr Lukaşenko çıxışı zamanı Moskvanı Minskə təzyiq göstərməkdə günahlandırıb: "Biz bir neçə aydır qazın qiymətinə dair razılığa gələ bilmirik. Rusiya bu səbəbdən Belarusa neft tədarükünün həcmini azaldıb. Biz bu addımı Belarusa təzyiq kimi qəbul edirik, lakin nə mənim, nə də belorusların bu təzyiqlərə dözmək fikrimiz yoxdur”.

Belarus prezidentinin sözlərinə görə, Rusiyaya tədarükü zamanı Belarusun bəzi mallarına, xüsusən də, Avropa İttifaqının aldığı qida məhsullarına qadağalar tətbiq edilir: "Rusiyada isə onlar nədənsə "keyfiyyətsizdir”. Lakin, aydındır: biz Rusiyaya münasib qiymətlərlə keyfiyyətli mallar tədarük etdikdə, Rusiyanın kənd təsərrüfatı sahəsindəki oliqarxlara ziyan vurmuş oluruq. Onlar hökumətə təzyiq göstərməyə başlayırlar, hökumət isə "Rosselxoznadzor” və digər qurumlardakı məmurlara "fas” əmri verir. Onlar tədarük üçün üç şirkət müəyyən edirlər – sonra beşini bağlayırlar, beşinə icazə verirlər – altısına sonradan qadağa qoyurlar. Açıq-aydın təzyiq göstərilir”, - deyə Lukaşenko qeyd edib.

"Artıq təngə gəlmişik, belə artıq davam edə bilməz. Mənim dediklərim əsla o demək deyil ki, biz inteqrasiya layihələrini "dondurmaq” niyyətindəyik, sadəcə, biz həmin layihələrdə öz iştirakımızı optimallaşdıracağıq. Mən artıq hökumətə və prezident administrasiyasına müvafiq tapşırıqlar vermişəm. Biz hazırda Avrasiya İqtisadi Birlikdə (AİB) öz iştirakımızı diqqətlə təhlil edirik. Əgər belə davam edəcəksə, biz niyə orada çoxlu sayda məmur saxlamalıyıq? Orada - AİB hökuməti adlandırılan qurumda, səhv etmirəmsə, artıq minədək məmurumuz toplaşıb. Nəticəsi nədir? Peşəkar mütəxəssislərimizin Moskvada maliyyələşdirilməsinə nə lüzum var? Biz oraya ən yaxşı mütəxəssislərimizi göndərmişik. Biz onlar üçün burada da iş taparıq. Orada hansısa qərarlar veriləcək, biz isə onlarla razılaşacağıq, amma, əslində, onların demək olar ki, heç biri yoxdur. Nə barədə razılıq əldə olunubsa, hamısı pozulur”, - deyə Lukaşenko bildirib.

 

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İsraildə terror aktı olub, ölənlər və yaralananlar var
Dünya 20:07
İsraildə terror aktı olub, ölənlər və yaralananlar var
İsrail Somalilendin müstəqilliyini rəsmən tanıyan ilk ölkə olub
Dünya 19:00
İsrail Somalilendin müstəqilliyini rəsmən tanıyan ilk ölkə olub
Rusiya ordusu Xarkova zərbə endirib, ölən və yaralananlar var
Dünya 18:50
Rusiya ordusu Xarkova zərbə endirib, ölən və yaralananlar var
Türkiyədə terror planlaşdıran şəxssaxlanılıb
Dünya 14:28
Türkiyədə terror planlaşdıran şəxssaxlanılıb
Suriya yeni pul vahidini dövriyyəyə buraxır
Dünya 23:58
Suriya yeni pul vahidini dövriyyəyə buraxır
Zelenski Uitkoff və Kuşnerle telefon danışığı aparıb
Dünya 22:43
Zelenski Uitkoff və Kuşnerle telefon danışığı aparıb
Yaponiyada 5,6 maqnitudada zəlzələ baş verib
Dünya 21:51
Yaponiyada 5,6 maqnitudada zəlzələ baş verib
Gürcüstanın keçmiş müdafiə naziri saxlanılıb
Dünya 21:31
Gürcüstanın keçmiş müdafiə naziri saxlanılıb
Rusiya vətəndaşlarını bu ölkəyə səfər etməməyə çağırıb
Dünya 20:10
Rusiya vətəndaşlarını bu ölkəyə səfər etməməyə çağırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol