• $ 1.7
  • € 1.9791
  • ₽ 0.021951
  • ₺ 0.04
  • £ 2.2495

Oktyabrın 1-də Musiqili Teatrda premyera olacaq

Oktyabrın 1-də Musiqili Teatrda premyera olacaq
28.05.2020 22:53
Azərbaycan Dövlət Musiqili Teatrında yeni – 107-ci mövsümün ilk premyerası olacaq.
 
Dövlət Musiqili Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu bildirib ki, oktyabrın 1-i saat 12.00-da Əli Səmədlinin "Meşə çaqqalsız olmaz” musiqili nağıl-tamaşası balaca tamaşaçılara təqdim olunacaq. 20 ildən çoxdur ki, Azərbaycanın əzəli-əbədi torpaqları nankor, qəsbkar qonşularımız ermənilər tərəfindən işğal olunub. Bu gün böyükdən-kiçiyə hər bir azərbaycanlının qarşısında duran ən ümdə vəzifə torpaqlarımızın işğaldan azad edilməsidir. Yeni səhnə əsərinin əsas məqsədlərindən biri də balacalara mübarizə əzminin, vətənpərvərlik hissinin aşılanmasıdır. Maraqlı, dinamik süjet xəttinə malik olan tamaşa əslində dolayısı ilə erməni xisləti haqqında uşaqlarımızı məlumatlandırmaq missiyası daşıyır. Tülkü və Çaqqal bir meşəyə soxulur, "Buralar bizim tarixi ərazilərimizdir!” söyləyirlər. Yerli heyvanların yuvalarını dağıdıb yerində daşdan ev tikərək öz tarixi eksponatları kimi təqdim edirlər. Hansısa eşşəyin çənəsini göstərib "Ulu babamızındır, arxeoloji qazıntılar zamanı tapmışıq!” söyləyirlər. Bir sözlə, əsl erməni xisləti nümayiş etdirirlər. Sürətlə inkişaf edən hadisələr elə bir məcraya yön alır ki, haqq-ədaləti bərpa etmək üçün yerli əhali fövqəlgücə - Ayıya müraciət etmək zorunda qalır. Və... əsl tamaşa da məhz bundan sonra başlayır...  

Qeyd edək ki, tamaşanın quruluşçu-rejissoru Əhəd Hacıyev, rejissoru Elməddin Dadaşov, rejissor-assistenti Tamilla Aslanova, geyim üzrə rəssamı Yelena Almazovadır. Rolları gənc aktyorları Əmrah Dadaşov, Güldanə Əzimova, Eleanora Mehdiyeva, Ruslan Mürsəlov, Zinyət Qurbanova, Şaban Cəfərov, Fərid Rzayev və Cəlalə Novruzlu ifa edirlər.


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Mortal Kombat” filmindəki Şanq Tsu obrazı ilə tanınan aktyor, 75 yaşında vəfat edib
Mədəniyyət 10:09
“Mortal Kombat” filmindəki Şanq Tsu obrazı ilə tanınan aktyor, 75 yaşında vəfat edib
UVS Production debüt konsert proqramını təqdim edib
Mədəniyyət 13:56
UVS Production debüt konsert proqramını təqdim edib
Əyyub Quliyev Dövlət Kamera Orkestrinə dirijor təyin edilib
Mədəniyyət 10:00
Əyyub Quliyev Dövlət Kamera Orkestrinə dirijor təyin edilib
“Bayır şəhər”in dəyəri və şəhəri zəbt edən “düşmənlər” haqqında - KÖŞƏ
Mədəniyyət 08:33
“Bayır şəhər”in dəyəri və şəhəri zəbt edən “düşmənlər” haqqında - KÖŞƏ
Müsəllim Həsənov: “Dünyada mətbuatın funksiyası dəyişir”
Mədəniyyət 13:13
Müsəllim Həsənov: “Dünyada mətbuatın funksiyası dəyişir”

Naxçıvanda 50 abidənin pasportu hazırlanacaq
Mədəniyyət 11:14
Naxçıvanda 50 abidənin pasportu hazırlanacaq
Xalq şairi Nəriman Həsənzadə xəstəxanaya yerləşdirilib
Mədəniyyət 13:34
Xalq şairi Nəriman Həsənzadə xəstəxanaya yerləşdirilib

Rəqsanə ev dustaqlığına buraxılıb
Mədəniyyət 17:48
Rəqsanə ev dustaqlığına buraxılıb

Xalq artisti Roza Cəlilova vəfat edib
Mədəniyyət 10:22
Xalq artisti Roza Cəlilova vəfat edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol

Son xəbərlər

Daha çox