• $ 1.7
  • € 2.0019
  • ₽ 0.021512
  • ₺ 0.0397
  • £ 2.2976

Azərbaycana superkomyüter nə üçün lazımdır?

Azərbaycana superkomyüter nə üçün lazımdır?
21.09.2016 19:58
"Bu gün bütün yataqlar rəqəmsal və hesablayıcı qurğularla təchiz edilib. Bu səbəbdən də yataqlarda proqnozlaşdırma işləri aparmaq da asanlaşıb".
Bunu bu gün keçirilən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin iclasında "Neft və qaz 2030: Gələcəyə baxış" adlı məruzəsində çıxışı zamanı AMEA-nın vitse-prezidenti, Neft və Qaz İnstitutunun direktoru akademik İbrahim Quliyev bildirib.
 
İntellektual neft-qaz yataqlarının araşdırılması istiqamətində fundamental tədqiqatların aparılmasının qarşıda duran vacib məsələlərdən olduğunu deyən İ. Quliyev qeyd edib ki, bu sahədə problemlərin həlli super kompüter texnologiyaları əsasında yeni metodların tətbiqi ilə mümkündür.

"Bütün zəlzələlər barədə məlumatları yataqların özündə izləmək mümkündür. Bizim institutlar da bu işlər üzərində işləyirlər", - deyə akademik bildirib.
 
İ. Quliyev əlavə edib ki, 2030-cu ildə Azərbaycan tamamilə yeni karbohidrogen xammalının istifadəsi üzrə dünya lideri ola bilər: "Artıq bir neçə ildir ki, AMEA-nın Geologiya və Geofizika İnstitutu almaniyalı həmkarları ilə birlikdə Azərbaycanın palçıq vulkanlarından ayrılan karbohidrogen qazlarının uzunmüddətli termik monitorinqini aparırlar. Alınan nəticələr məhz bərpa olunan karbohidrogen sisteminin yaradılması üçün əsas olacaq".
 
Akademik onu da bildirib ki, gələcəkdə Neft və Qaz İnstitutunun fəaliyyətinin əsas istiqamətlərindən biri neft sənayesinin iqtisadiyyatı və onun inkişafının proqnozlaşdırılması olacaq. //apa.az
 

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Cəmiyyət 18:07
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Azərbaycan XİN rəhbəri hansı şərtlər fonunda Ermənistana səfər edə bilər? - Nazirdən açıqlama
Cəmiyyət 17:40
Azərbaycan XİN rəhbəri hansı şərtlər fonunda Ermənistana səfər edə bilər? - Nazirdən açıqlama
Pirotexniki vasitələr satan 11 nəfər saxlanılıb
Cəmiyyət 17:11
Pirotexniki vasitələr satan 11 nəfər saxlanılıb
Əli Əsədov bu qaydanı təsdiq edib
Cəmiyyət 16:20
Əli Əsədov bu qaydanı təsdiq edib
Bu hakimin fəaliyyətinəxitam verilib
Cəmiyyət 15:30
Bu hakimin fəaliyyətinəxitam verilib
Cari ildə Azərbaycan 41 ölkə ilə ümumilikdə 191 beynəlxalq sənəd imzalayıb
Cəmiyyət 15:24
Cari ildə Azərbaycan 41 ölkə ilə ümumilikdə 191 beynəlxalq sənəd imzalayıb
Rusiya ilə gərginlik fonunda Azərbaycan münasibətlərdə sabitliyi saxlayıb- XİN rəsmisi
Cəmiyyət 15:20
Rusiya ilə gərginlik fonunda Azərbaycan münasibətlərdə sabitliyi saxlayıb- XİN rəsmisi
2025-ci il Azərbaycan üçün daxili sabitlik və beynəlxalq sülh ili olub- Ceyhun Bayramov
Cəmiyyət 15:18
2025-ci il Azərbaycan üçün daxili sabitlik və beynəlxalq sülh ili olub- Ceyhun Bayramov
Gürcüstana giriş zamanı icbari tibbi sığorta tələbi tətbiq olunacaq
Cəmiyyət 14:23
Gürcüstana giriş zamanı icbari tibbi sığorta tələbi tətbiq olunacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol