• $
  • £

Londonda AVRO-2020-nin loqosunun təqdimatı keçirilib

Londonda AVRO-2020-nin loqosunun təqdimatı keçirilib
21.09.2016 23:59
Bu gün AVRO-2020-nin ev sahiblərindən biri olan İngiltərənin paytaxtı Londonda turnirin loqosu və vizual konsepsiyasının təqsdimatı keçirilib. 

"Report"un məlumatına görə, loqonu UEFA prezidenti Aleksandr Çeferin, İngiltərə Futbol Assosiasiyasının sədri Qreq Klark və Londonun meri Sadiq Xan təqdim edib.

Qonaqlar arasında AFFA-nın baş katibi Elxan Məmmədov da yer alıb.

Loqonun əsas elementi kimi birlik simvolu olaraq London körpüsü göstərilib. Mərkəz hissədə Anri Delone kuboku və sevinən azarkeşlər yer alıb. Turnirin loqotipi oyunlara ev sahibliyi edəcək 13 şəhər arasında körpü rolunu oynayır. Loqonun mərkəzi yeri Londonun tanınmış Tauer körpüsüdür.

Qitəmiqyaslı 60 yaşlı yarışın yarımfinal və final oyunu Londonun "Uembli" stadionunda keçiriləcək.

Qeyd edək ki, AVRO-2020-yə Bakı da ev sahibliyi edəcək. Azərbaycanın paytaxtında 3 qrup və bir 1/4 final oyunu olacaq. Bakıda AVRO-2020-nin loqosunun təqdimatı sentyabrın 30-da Olimpiya Stadionunda olacaq.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
UFC döyüşçüsü Rafael Fiziyev Bakıya gəlib
İdman 14:26
UFC döyüşçüsü Rafael Fiziyev Bakıya gəlib
"Qarabağ"dan daha bir transfer
İdman 22:14
"Qarabağ"dan daha bir transfer
“Qarabağ”ın ilk rəqibi müəyyənləşib
İdman 19:25
“Qarabağ”ın ilk rəqibi müəyyənləşib
“Sabah”ın ÇL-dəki rəqibi müəyyənləşib
İdman 18:30
“Sabah”ın ÇL-dəki rəqibi müəyyənləşib
DÇ-2026: Türkiyə millisi Avstraliyaya uduzub
İdman 10:00
DÇ-2026: Türkiyə millisi Avstraliyaya uduzub
Futbol üzrə 2026-cı il dünya çempionatının açılış mərasimi keçirilir
İdman 22:18
Futbol üzrə 2026-cı il dünya çempionatının açılış mərasimi keçirilir
Azərbaycanın 3x3 basketbol yığması Dünya Kubokunun 1/4 finalında
İdman 23:18
Azərbaycanın 3x3 basketbol yığması Dünya Kubokunun 1/4 finalında
Avropa çempionu olan Azərbaycanın minifutbol yığması Vətənə qayıdıb
İdman 19:29
Avropa çempionu olan Azərbaycanın minifutbol yığması Vətənə qayıdıb

Prezident Azərbaycan minifutbol millisi ilə bağlı paylaşım edib
İdman 10:04
Prezident Azərbaycan minifutbol millisi ilə bağlı paylaşım edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol