• $ 1.7
  • € 2.0019
  • ₽ 0.021512
  • ₺ 0.0397
  • £ 2.2976

ADU-da çinli alimlə görüş keçirildi

ADU-da çinli alimlə görüş keçirildi
22.09.2016 18:31
Sentyabrın 22-də Azərbaycan Dillər Universitetində (ADU) universitetin nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun təşkilatçılığı ilə Çin İctimai Elmlər Akademiyasının "Bir Kəmər, Bir Yol” Araşdırma Mərkəzinin baş katibinin müavini cənab Syuy Venxun ADU-nun Regionşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsinin çinşünaslıq ixtisası üzrə təhsil alan tələbələri ilə görüşdü. 

Açılış nitqi ilə çıxış edən Azərbaycan tərəfindən Konfutsi İnstitutunun direktoru, professor Rafiq Abbasov Çinin "İpək yolu iqtisadi kəməri” və "XXI əsrin Dəniz İpək yolu” layihələrini birləşdirən "Bir Kəmər, Bir Yol” konsepsiyasının Azərbaycan tərəfindən dəstəkləndiyini qeyd etdi. O, həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasının Dövlət Şurası sədrinin birinci müavini Can Qaolinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbulunu xatırladaraq İpək yolu İqtisadi kəmərinin infrastrukturunun yaradılması və inkişafı sahəsində hər iki tərəfin maraqlı olduğunu söylədiyini vurğuladı. 

 Syuy Venxun çıxışında Böyük İpək yolunun bərpa edilməsi üzrə qlobal layihənin reallaşdırılması sahəsində Azərbaycan-Çin elmi-texniki əməkdaşlığının genişləndirilməsinin əhəmiyyətini qeyd etdi. O, bu layihənin iqtisadi imkanlarından, həmçinin onların dünya ölkələrinin müasir geoiqtisadiyyatı və geosiyasətindəki rolundan danışdı. 

Görüşün sonunda çinli qonağa Azərbaycan Dillər Universitetinin Çin dili və mədəniyyəti mərkəzi tərəfindən Çin dilində hazırlanan, Prezident İlham Əliyevin Azərbaycan-Çin münasibətlərinin inkişafına verdiyi töhfəyə həsr olunan "İlham Əliyev-iki qədim xalqın dostluğunun müasir davamçısı” kitabı hədiyyə edildi.

Qeyd edək ki, görüşdə ADU-nun Regionşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsinin dekanı, dosent Anar Nağıyev, Magistratura və Doktorantura fakültəsinin dekanı, dosent Zərinə Aslanova, Xarici Dillər kafedrasının müdiri, dosent Salman Nuriyev də iştirak edirdi.  



www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Cəmiyyət 18:07
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Azərbaycan XİN rəhbəri hansı şərtlər fonunda Ermənistana səfər edə bilər? - Nazirdən açıqlama
Cəmiyyət 17:40
Azərbaycan XİN rəhbəri hansı şərtlər fonunda Ermənistana səfər edə bilər? - Nazirdən açıqlama
Pirotexniki vasitələr satan 11 nəfər saxlanılıb
Cəmiyyət 17:11
Pirotexniki vasitələr satan 11 nəfər saxlanılıb
Əli Əsədov bu qaydanı təsdiq edib
Cəmiyyət 16:20
Əli Əsədov bu qaydanı təsdiq edib
Bu hakimin fəaliyyətinəxitam verilib
Cəmiyyət 15:30
Bu hakimin fəaliyyətinəxitam verilib
Cari ildə Azərbaycan 41 ölkə ilə ümumilikdə 191 beynəlxalq sənəd imzalayıb
Cəmiyyət 15:24
Cari ildə Azərbaycan 41 ölkə ilə ümumilikdə 191 beynəlxalq sənəd imzalayıb
Rusiya ilə gərginlik fonunda Azərbaycan münasibətlərdə sabitliyi saxlayıb- XİN rəsmisi
Cəmiyyət 15:20
Rusiya ilə gərginlik fonunda Azərbaycan münasibətlərdə sabitliyi saxlayıb- XİN rəsmisi
2025-ci il Azərbaycan üçün daxili sabitlik və beynəlxalq sülh ili olub- Ceyhun Bayramov
Cəmiyyət 15:18
2025-ci il Azərbaycan üçün daxili sabitlik və beynəlxalq sülh ili olub- Ceyhun Bayramov
Gürcüstana giriş zamanı icbari tibbi sığorta tələbi tətbiq olunacaq
Cəmiyyət 14:23
Gürcüstana giriş zamanı icbari tibbi sığorta tələbi tətbiq olunacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol