• $ 1.7
  • € 2.0019
  • ₽ 0.021512
  • ₺ 0.0397
  • £ 2.2976

Azərbaycanda kənd təsərrüfatı üzrə peşə təhsilinə dəstək

Azərbaycanda kənd təsərrüfatı üzrə peşə təhsilinə dəstək
22.09.2016 16:45
Azəri-Çıraq-Günəşli (AÇG), Şahdəniz, Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac boru kəməri və Cənubi Qafqaz Boru Kəməri layihələrinin əməliyyatçısı olan BP şirkəti həmin layihələrdəki tərəfdaşlarının adından Azərbaycanda kənd təsərrüfatı üzrə peşə təhsilinin gücləndirilməsinə dəstək olaraq Təhsil Nazirliyi ilə yeni tərəfdaşlığını elan etməkdən məmnunluq duyur. Layihə nəticəsində kənd təsərrüfatı sahəsində bir sıra yeni peşə və ixtisasların yaradılacağı və bunun da ölkənin kənd təsərrüfatı sektorunda səmərəliliyi artırmaq planlarına töhfə verəcəyi gözlənilir.

Bu tərəfdaşlıq çərçivəsində BP və onun tərəfdaşları Azərbaycanda kənd təsərrüfatı üzrə peşə təhsili bazasını gücləndirmək öhdəliyi götürür. Bu, ölkədə kənd təsərrüfatı üzrə bir sıra yeni peşə və ixtisaslar üçün müasir tədris materiallarının, dərsliklərin və təlim metodologiyasının hazırlanmasını əhatə edir.

Pilot fazada layihənin iş həcmində həmçinin yeni yaradılmış peşə və ixtisas bölmələri üzrə ixtisaslaşan yeni tədris metodologiyası və səriştələrdən istifadə edəcək təxminən 20 nəfər yerli təlimçiyə təlimlərin keçirilməsi də nəzərdə tutulub. Pilot faza müvəffəqiyyətli olduğu təqdirdə, bu təcrübənin tətbiqi genişləndirilərək layihənin ölkədəki kənd təsərrüfatı üzrə bütün peşə məktəblərini əhatə etməsi təmin ediləcək.

Tərəfdaşlıq proqramının fəaliyyətə başlaması münasibətilə bu gün Bakıda keçirilmiş tədbirdə çıxış edən BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell dedi: "BP və tərəfdaşları icmalar üçün nəzərdə tutulan bu təhsil layihəsinə qoşulmaqdan məmnunluq duyur. Biz inanırıq ki, bu layihə peşə məktəblərinin məzunları üçün məşğulluq imkanlarının artırılması istiqamətində görülən ümumi səylərə dəstək verir və yerli əmək bazarında kənd təsərrüfatı sahəsində ixtisaslaşmış insanlara olan tələbatın ödənilməsinə yardım edir. Bu, yeni yaradılmış qiymətləndirmə bazalarından, tədris planından, dərsliklərdən və digər tədris materiallarından istifadə etməklə 12 təlim modulundan ibarət olan əhəmiyyətli bir layihədir. Bütün bunlar ölkədə kənd təsərrüfatının inkişafı məqsədlərinə cavab vermək üçün Təhsil Nazirliyinin Təhsil Problemləri İnstitutu tərəfindən yoxlanıb təsdiqlənəcək. Biz bu pilot layihədən yüksək keyfiyyətli nəticələr gözləyirik və inanırıq ki, o, ölkədə kənd təsərrüfatı üzrə peşə təhsilində yeni metodologiyanın, yeni ixtisas bölmələrinin və tendensiyaların yaradılması prosesini gücləndirəcək.”

Layihənin dəyəri 358,000 AZN-dən çoxdur və o, 2016-cı ilin sentyabr ayından 2017-ci ilin sentyabr ayınadək olan müddəti əhatə etməklə bir il davam edəcək. Layihə "British Council” tərəfindən yerinə yetiriləcək. Yeni yaradılmış peşə və ixtisas bölmələri bağçılıq (bitkilər və onlardan istifadə; əkin və qulluq/təsərrüfat işləri; torpaq və substratlar – 3 modul), bitkiçilik (taxılın yetişdirilməsi; meyvəçilik; qarğıdalının yetişdirilməsi; meyvəköklülərin yetişdirilməsi; pambığın yetişdirilməsi – 5 modul), kənd təsərrüfatı texnikası/aqro-xidmətlər (maşın-mexanizmlərə texniki xidmət; maşın-mexanizmlərin təmiri; kənd təsərrüfatı texnikasından istifadə; kənd təsərrüfatı texnikası ilə işlərin tamamlanması – 4 modul) kimi sahələri əhatə edəcək.


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Cəmiyyət 18:07
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Azərbaycan XİN rəhbəri hansı şərtlər fonunda Ermənistana səfər edə bilər? - Nazirdən açıqlama
Cəmiyyət 17:40
Azərbaycan XİN rəhbəri hansı şərtlər fonunda Ermənistana səfər edə bilər? - Nazirdən açıqlama
Pirotexniki vasitələr satan 11 nəfər saxlanılıb
Cəmiyyət 17:11
Pirotexniki vasitələr satan 11 nəfər saxlanılıb
Əli Əsədov bu qaydanı təsdiq edib
Cəmiyyət 16:20
Əli Əsədov bu qaydanı təsdiq edib
Bu hakimin fəaliyyətinəxitam verilib
Cəmiyyət 15:30
Bu hakimin fəaliyyətinəxitam verilib
Cari ildə Azərbaycan 41 ölkə ilə ümumilikdə 191 beynəlxalq sənəd imzalayıb
Cəmiyyət 15:24
Cari ildə Azərbaycan 41 ölkə ilə ümumilikdə 191 beynəlxalq sənəd imzalayıb
Rusiya ilə gərginlik fonunda Azərbaycan münasibətlərdə sabitliyi saxlayıb- XİN rəsmisi
Cəmiyyət 15:20
Rusiya ilə gərginlik fonunda Azərbaycan münasibətlərdə sabitliyi saxlayıb- XİN rəsmisi
2025-ci il Azərbaycan üçün daxili sabitlik və beynəlxalq sülh ili olub- Ceyhun Bayramov
Cəmiyyət 15:18
2025-ci il Azərbaycan üçün daxili sabitlik və beynəlxalq sülh ili olub- Ceyhun Bayramov
Gürcüstana giriş zamanı icbari tibbi sığorta tələbi tətbiq olunacaq
Cəmiyyət 14:23
Gürcüstana giriş zamanı icbari tibbi sığorta tələbi tətbiq olunacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol