• $
  • £

UEFA oyunların vaxtında dəyişiklik etdi

UEFA oyunların vaxtında dəyişiklik etdi
23.09.2016 12:51
UEFA Türkiyə klublarının Çempionlar və Avropa liqalarının qrup mərhələsindəki ev oyunlarının başlanma vaxtlarını dəyişdirib.

AZƏRTAC xəbər verir ki, bu, oktyabrın 30-dan keçiriləcək matçlara, yəni qrup mərhələsində ikinci dövrə oyunlarına aiddir. Dəyişiklik onunla bağlıdır ki, Türkiyədə yaydan qış vaxtına keçid ləğv olunub. Nəticədə Çempionlar Liqasının oyunları yerli vaxtla 22:45-də, Avropa Liqasında 00:05-də başlaması həddən artıq gec vaxt sayılır. Avropanın ən nüfuzlu klub turnirində matçlar 20:45-də başlayacaq. Avroliqa üçünsə bu, saat 19:00-a təyin olunub.

Bundan əlavə, Avropa Liqasında qrup mərhələsinin son turunda Türkiyə klubunun rəqiblərinin vaxtı dəyişdirilib. Belə ki, Türkiyədə "Konyaspor” – "Gent” oyunu 19:00-da başlayacağından, "Braqa” – "Şaxtyor” qarşılaşması da həmin vaxta salınıb.

Xatırladaq ki, Azərbaycan, Rusiya və Qazaxıstandakı oyunları da tez başlayır.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
UFC döyüşçüsü Rafael Fiziyev Bakıya gəlib
İdman 14:26
UFC döyüşçüsü Rafael Fiziyev Bakıya gəlib
"Qarabağ"dan daha bir transfer
İdman 22:14
"Qarabağ"dan daha bir transfer
“Qarabağ”ın ilk rəqibi müəyyənləşib
İdman 19:25
“Qarabağ”ın ilk rəqibi müəyyənləşib
“Sabah”ın ÇL-dəki rəqibi müəyyənləşib
İdman 18:30
“Sabah”ın ÇL-dəki rəqibi müəyyənləşib
DÇ-2026: Türkiyə millisi Avstraliyaya uduzub
İdman 10:00
DÇ-2026: Türkiyə millisi Avstraliyaya uduzub
Futbol üzrə 2026-cı il dünya çempionatının açılış mərasimi keçirilir
İdman 22:18
Futbol üzrə 2026-cı il dünya çempionatının açılış mərasimi keçirilir
Azərbaycanın 3x3 basketbol yığması Dünya Kubokunun 1/4 finalında
İdman 23:18
Azərbaycanın 3x3 basketbol yığması Dünya Kubokunun 1/4 finalında
Avropa çempionu olan Azərbaycanın minifutbol yığması Vətənə qayıdıb
İdman 19:29
Avropa çempionu olan Azərbaycanın minifutbol yığması Vətənə qayıdıb

Prezident Azərbaycan minifutbol millisi ilə bağlı paylaşım edib
İdman 10:04
Prezident Azərbaycan minifutbol millisi ilə bağlı paylaşım edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol