Azərbaycan polisi gücləndirilmiş iş rejimində çalışacaq - ƏMR
Azərbaycanın daxili işlər orqanları əməkdaşları ölkədə keçiriləcək referendum günü gücləndirilmiş iş rejimində çalışacaq.
Trend-in məlumatına görə, daxili işlər naziri Ramil Usubovun əmri ilə ölkə polisi sentyabrın 24-dən gücləndirilmiş iş rejiminə keçəcək. Gücləndirilmiş iş rejimi sentyabrın 29-dək davam edəcək.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədilə ümumxalq səsverməsi (referendum) keçirilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, referendum 2016-cı il sentyabrın 26-da keçiriləcək.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Cəmiyyət
17:40
Azərbaycan XİN rəhbəri hansı şərtlər fonunda Ermənistana səfər edə bilər? - Nazirdən açıqlama
Cəmiyyət
15:20
Rusiya ilə gərginlik fonunda Azərbaycan münasibətlərdə sabitliyi saxlayıb- XİN rəsmisi