• $
  • £

Növbəti Avropa Oyunları hansı şəhərdə keçiriləcək?

Növbəti Avropa Oyunları hansı şəhərdə keçiriləcək?
24.09.2016 14:10
2019-cu il Avropa Oyunlarını təşkil edəcək şəhərin adı gələn ay açıqlana bilər.
 
"Report"un məlumatına görə, Avropa Olimpiya Komitələrinin (EOC) İcraiyyə Komitəsinin (İK) Slovakiyanın paytaxtı Bratislavada keçirilən iclasında əsas müzakirə mövzusu II Oyunların məkanı ilə bağlı olub.

Barəsində Braziliyada davam edən məhkəmə araşdırması ilə əlaqədar EOC prezidenti Patrik Hikki iclasa qatılmayıb. O, istintaq yekunlaşanadək bütün vəzifələrindən uzaqlaşıb. Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadənin də üzvü olduğu İK iclasına sədrliyi Yanes Kosyançiç edib. O bildirib ki, 2019-cu il Avropa Oyunları EOC-un mütləq prioritetidir. Bu məsələ ilə bağlı yekun qərarın 21-22 oktyabrda Belarusun paytaxtı Minskdə keçiriləcək EOC-un Baş Assambleyasında verilməsinə dair yekdil razılıb əldə olunub. "İnside the Games" nəşri II Avropa Oyunlarını keçirməyə əsas favoritin elə Minsk olduğunu yazıb. Amma 2019-cu ildə Belarus paytaxtı Gənclərin Avropa Olimpiya Festivalına ev sahibliyi etməlidir. Minskin Eyni ildə iki böyük yarışa təşkilatçılığı isə inandırıcı görünmür.

Qeyd edək ki, I Avropa Oyunları 2015-ci ilin 12 - 28 iyununda Bakıda keçirilib. 

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
UFC döyüşçüsü Rafael Fiziyev Bakıya gəlib
İdman 14:26
UFC döyüşçüsü Rafael Fiziyev Bakıya gəlib
"Qarabağ"dan daha bir transfer
İdman 22:14
"Qarabağ"dan daha bir transfer
“Qarabağ”ın ilk rəqibi müəyyənləşib
İdman 19:25
“Qarabağ”ın ilk rəqibi müəyyənləşib
“Sabah”ın ÇL-dəki rəqibi müəyyənləşib
İdman 18:30
“Sabah”ın ÇL-dəki rəqibi müəyyənləşib
DÇ-2026: Türkiyə millisi Avstraliyaya uduzub
İdman 10:00
DÇ-2026: Türkiyə millisi Avstraliyaya uduzub
Futbol üzrə 2026-cı il dünya çempionatının açılış mərasimi keçirilir
İdman 22:18
Futbol üzrə 2026-cı il dünya çempionatının açılış mərasimi keçirilir
Azərbaycanın 3x3 basketbol yığması Dünya Kubokunun 1/4 finalında
İdman 23:18
Azərbaycanın 3x3 basketbol yığması Dünya Kubokunun 1/4 finalında
Avropa çempionu olan Azərbaycanın minifutbol yığması Vətənə qayıdıb
İdman 19:29
Avropa çempionu olan Azərbaycanın minifutbol yığması Vətənə qayıdıb

Prezident Azərbaycan minifutbol millisi ilə bağlı paylaşım edib
İdman 10:04
Prezident Azərbaycan minifutbol millisi ilə bağlı paylaşım edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol