• $
  • £

Baş məşqçi: "Meydana çıxıb o topu tuta bilmərəm"

Baş məşqçi:
24.09.2016 15:35
"Boavişta"nın baş məşqçisi Ervin Sançes komandanın azərbaycanlı qapıçısı Kamran Ağayevin "Portu" ilə Portuqaliya çempionatının VI tur matçında buraxdığı kobud səhvi şərh edib.

ANN.az-ın "Report"a istinadən yaydığı xəbərə görə, 46 yaşlı mütəxəssis istənilən səhvin qapılarına qol vurulması ilə nəticələnən mərhələdə olduqlarını bildirib.

O deyib ki, Ağayev şanssızcasına top buraxmasının üzüntüsünü yaşamaqla yanaşı, komandasının ən azı heç-heçəyə nail olmasına çalışıb:

"Amma mən meydana çıxıb topu tuta bilmərəm. Öyrənməli və üzərində işləməli olduğumuz məsələlər var. Futbolçularımın dəyərli olduqlarına hələ də inanıram. Çünki biz uzun yolun başlanğıcındayıq".

Qeyd edək ki, "Portu"nun 3:1 hesabı ilə qalib gəldiyi matçda Kamran Ağayev "Boavişta"nın heyətində ilk oyununa çıxıb. O, 3-cü qolu kobud səhvi nəticəsində buraxıb. "Portu"nun futbolçusu Aleks Tellesin cinah asmasından sonra Kamran Ağayev topu əlində saxlaya bilməyib. Nəticədə top qapı dirəyinə dəyərək, tora daxil olub.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
UFC döyüşçüsü Rafael Fiziyev Bakıya gəlib
İdman 14:26
UFC döyüşçüsü Rafael Fiziyev Bakıya gəlib
"Qarabağ"dan daha bir transfer
İdman 22:14
"Qarabağ"dan daha bir transfer
“Qarabağ”ın ilk rəqibi müəyyənləşib
İdman 19:25
“Qarabağ”ın ilk rəqibi müəyyənləşib
“Sabah”ın ÇL-dəki rəqibi müəyyənləşib
İdman 18:30
“Sabah”ın ÇL-dəki rəqibi müəyyənləşib
DÇ-2026: Türkiyə millisi Avstraliyaya uduzub
İdman 10:00
DÇ-2026: Türkiyə millisi Avstraliyaya uduzub
Futbol üzrə 2026-cı il dünya çempionatının açılış mərasimi keçirilir
İdman 22:18
Futbol üzrə 2026-cı il dünya çempionatının açılış mərasimi keçirilir
Azərbaycanın 3x3 basketbol yığması Dünya Kubokunun 1/4 finalında
İdman 23:18
Azərbaycanın 3x3 basketbol yığması Dünya Kubokunun 1/4 finalında
Avropa çempionu olan Azərbaycanın minifutbol yığması Vətənə qayıdıb
İdman 19:29
Avropa çempionu olan Azərbaycanın minifutbol yığması Vətənə qayıdıb

Prezident Azərbaycan minifutbol millisi ilə bağlı paylaşım edib
İdman 10:04
Prezident Azərbaycan minifutbol millisi ilə bağlı paylaşım edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol