• $ 1.7
  • € 2.0019
  • ₽ 0.021512
  • ₺ 0.0397
  • £ 2.2976

"Azərbaycanda yeni iqtisadi islahatların yol xəritəsi tərtib olunub"

24.09.2016 12:57
 Konstitusiya islahatının əsas ideyası - dövlət və iqtisadi idarəetmənin daha səmərəli mexanizmlərinin yaradılması üçün zəruri şəraitin təmin edilməsidir. 

"Report" xəbər verir ki, bu barədə TASS-a müsahibəsində Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib.

O deyib ki, Azərbaycan Prezidenti İlham Əliyev 2016-cı ili - İqtisadi islahatlar ili kimi səciyyələndirib. Həmin islahatlar Azərbaycan iqtisadiyyatını qeyri-neft dövründə tələblərlə uyğun olan vəziyyətə gətirməlidir. 

"Yeni mərhələnin əsas prioritetləri yerli iqtisadiyyatda rəqabət qabiliyyətinin artması olacaq. Yaxın illərdə və perspektivdə yeni iqtisadi islahatların yol xəritəsi tərtib olunub. Strateji yol xəritəsi 2025-ci ilə qədər və sonrakı illərdə əldə olunacaq ümumi hədəfləri müəyyən edir. Strateji yol xəritəsi çərçivəsində bir il üçün ətraflı yol xəritəsi, iqtisadi inkişaf strategiyası və  2016-2020-ci iilər üçün Tədbirlər Planı, 2025-ci il üçün uzunmüddətli proqnoz və 2025-ci ildən sonrakı dövr üçün məqsədli proqnoz hazırlanıb".

"Əminəm ki, Azərbaycan xalqı dövlət idarəetməsinin təkmilləşdirilməsi, insan hüquq və azadlıqlarının müadafiəsi üçün daha geniş bazanın yaradılması, aparılan islahatların dərinləşməsi və onların səmərəliliyinin təmin olunmasına yönəlmiş təşəbbüsü dəstəkləyəcək", - Ə.Həsənov vurğulayıb. 


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
DTX Bakıda xüsusi əməliyyat keçirib
Siyasət 11:46
DTX Bakıda xüsusi əməliyyat keçirib
Silahlı Qüvvələrdə “NATO Günləri” davam edir – FOTOLAR
Siyasət 11:19
Silahlı Qüvvələrdə “NATO Günləri” davam edir – FOTOLAR
“Sahibkarlar Günü” təsis edildi - SƏRƏNCAM
Siyasət 11:17
“Sahibkarlar Günü” təsis edildi - SƏRƏNCAM
Nazir: Azərbaycan Minsk qrupunun fəaliyyətindən narazıdır
Siyasət 10:56
Nazir: Azərbaycan Minsk qrupunun fəaliyyətindən narazıdır
Ərdoğan Bakıya gəlir
Siyasət 10:34
Ərdoğan Bakıya gəlir
Prezident Administrasiyası: Yaxın vaxtlarda əfv gözlənilmir
Siyasət 10:28
Prezident Administrasiyası: Yaxın vaxtlarda əfv gözlənilmir
Asim Mollazadə İsrail XİN-in nümayəndə heyətini qəbul edib
Siyasət 10:28
Asim Mollazadə İsrail XİN-in nümayəndə heyətini qəbul edib
Siyasət 09:56
"Biz çalışırıq ki, dünyada münaqişə episentrləri olmasın, sülh olsun"
Siyasət 09:52
"Rusiya-Türkiyə gərginliyin prezidentlərin görüşünə təsir edəcək"
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol