• $ 1.7
  • € 1.785
  • ₽ 1.9142
  • ₺ 0.0467
  • £ 2.1531

Güləşçilərimiz dünya çempionatının finalına yüksəldi

Güləşçilərimiz dünya çempionatının finalına yüksəldi
29.05.2020 04:41
Makedoniyanın paytaxtı Skopye şəhərində Beynəlxalq Hərbi İdman Şurasının (CİSM) təşkilatçılığı ilə keçirilən güləş üzrə hərbçilərin 31-ci dünya çempionatı davam edir. 

ANN.Az Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Yunan-Roma güləş növü üzrə turnirin ikinci günündə üç təmsilçimiz - Rafiq Hüseynov (80 kq), İslam Abbasov (85 kq) və Orxan Ələkbərov (98 kq) mübarizə aparıb.

O.Ələkbərov rəqibinə cüzi xal fərqi ilə məğlub olaraq çempionatda iştirakını dayandırıb. İ. Abbasov isə rəqiblərinə qalib gələrək finala yüksəlib. Birinci yer uğrunda mübarizədə İ.Abbasovun rəqibi Rusiya nümayəndəsi Yevgeni Saleyev olacaq.

Digər güləşçimiz R. Hüseynov da finala vəsiqə uğrunda ardıcıl olaraq yunanıstanlı, makedoniyalı və ukraynalı rəqiblərini məğlub edib. Qızıl medal uğrunda mübarizədə o, almaniyalı güləşçi Paskal Eisel ilə qarşılaşacaq.

Qeyd edək ki, final görüşləri axşam saatlarında keçiriləcək.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rumıniyada oyun zamanı futbolçu öldü - VİDEO
İdman 12:18
Rumıniyada oyun zamanı futbolçu öldü - VİDEO
Pirlo:
İdman 09:38
Pirlo: "Terimin taktiki savadı çox aşağı idi, ancaq qışqırıb-bağırırdı"
Zabit Səmədova Çeçenistanda yeni vəzifə verildi
İdman 08:25
Zabit Səmədova Çeçenistanda yeni vəzifə verildi
“DÇ-2018”-in seçmə mərhələsinin oyunları keçirilib – NƏTİCƏLƏR
İdman 05:21
“DÇ-2018”-in seçmə mərhələsinin oyunları keçirilib – NƏTİCƏLƏR
Güləşçilərimiz dünya çempionatının finalına yüksəldi
İdman 04:41
Güləşçilərimiz dünya çempionatının finalına yüksəldi
Avropa çempionatını Azərbaycanda iki kanal birgə yayımlayacaq
İdman 02:54
Avropa çempionatını Azərbaycanda iki kanal birgə yayımlayacaq
Rio-2016: Azərbaycan idmançıları 18 medal qazandılar
İdman 02:50
Rio-2016: Azərbaycan idmançıları 18 medal qazandılar
Rio-2016: Azərbaycan ikinci medalını qazandı
İdman 02:22
Rio-2016: Azərbaycan ikinci medalını qazandı
İdman 01:34
"Bakıda "Formula-1" trası dünyada ən sürətli olacaq"
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol