• $
  • £

Güləşçilərimiz dünya çempionatını 9 medalla başa vurdu

Güləşçilərimiz dünya çempionatını 9 medalla başa vurdu
24.09.2016 19:57
Makedoniyanın paytaxtı Skopye şəhərində Beynəlxalq Hərbi İdman Şurasının (CİSM) himayəsi altında keçirilən güləş üzrə hərbçilərin 31-ci dünya çempionatı başa çatıb.
 
MOİK mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, çempionatın son günündə 80, 85, 97 və 130 kq-da mübarizə aparan yunan-roma güləşçiləri yarışıblar. Azərbaycan hərbçi güləşçiləri ilk 3 çəki dərəcəsində mübarizə aparıb. Boris Traykovski adına İdman Mərkəzində keçirilən turnirdə güləşçilərimiz 2 medal qazanıb.
 
80 kq-da mübarizə aparan Rafiq Hüseynov Yunanıstandan Nikolaos Varkas, Makedoniyadan Qoran Atanasov, yarımfinalda isə Ukraynadan Andrey Belıx üzərində qələbə qazanıb. Finalda Almaniya idmançısı Paskal Ayzellə görüşdə minimal hesabla uduzan güləşçimiz çempionatın gümüş medalına sahib olub.
 
85 kq çəkidə yarışan İslam Abbasov ardıcıl olaraq Albaniyadan Alban Necay, Ukraynadan Aleksandr Şişman və Əlcəzairdən Aem Bucemli üzərində qələbə qazanaraq finala yüksəlib. Rusiyalı Yevgeni Saleyevlə qarşılaşan güləşçimiz gərgin keçən final görüşündə 3:4 hesabı ilə uduzub və o da çempionatı gümüş medalla başa vurub.
 
Qeyd edək ki, hərbçi güləşçilərimiz Makedoniyadakı dünya çempionatından vətənə 9 medalla (2 qızıl, 4 gümüş, 3 bürünc) qayıdacaq. Nümayəndə heyəti sabah səhər saatlarında vətənə qayıdacaq.
 
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Azərbaycan yığması ümumi komanda hesabında 53 xal toplayaraq yarışları ikinci yerdə başa vurub.
 
Çempionatda Rusiya Federasiyası 61 xalla birinci, Ukrayna isə 52 xalla üçüncü yerə layiq görülüblər.
 
Qeyd edək ki,  hərbçilərin güləş üzrə dünya çempionatında 35 ölkədən 300-dən çox idmançı iştirak edib.


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
UFC döyüşçüsü Rafael Fiziyev Bakıya gəlib
İdman 14:26
UFC döyüşçüsü Rafael Fiziyev Bakıya gəlib
"Qarabağ"dan daha bir transfer
İdman 22:14
"Qarabağ"dan daha bir transfer
“Qarabağ”ın ilk rəqibi müəyyənləşib
İdman 19:25
“Qarabağ”ın ilk rəqibi müəyyənləşib
“Sabah”ın ÇL-dəki rəqibi müəyyənləşib
İdman 18:30
“Sabah”ın ÇL-dəki rəqibi müəyyənləşib
DÇ-2026: Türkiyə millisi Avstraliyaya uduzub
İdman 10:00
DÇ-2026: Türkiyə millisi Avstraliyaya uduzub
Futbol üzrə 2026-cı il dünya çempionatının açılış mərasimi keçirilir
İdman 22:18
Futbol üzrə 2026-cı il dünya çempionatının açılış mərasimi keçirilir
Azərbaycanın 3x3 basketbol yığması Dünya Kubokunun 1/4 finalında
İdman 23:18
Azərbaycanın 3x3 basketbol yığması Dünya Kubokunun 1/4 finalında
Avropa çempionu olan Azərbaycanın minifutbol yığması Vətənə qayıdıb
İdman 19:29
Avropa çempionu olan Azərbaycanın minifutbol yığması Vətənə qayıdıb

Prezident Azərbaycan minifutbol millisi ilə bağlı paylaşım edib
İdman 10:04
Prezident Azərbaycan minifutbol millisi ilə bağlı paylaşım edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol