• $ 1.7
  • € 1.7845
  • ₽ 1.97
  • ₺ 0.0466
  • £ 2.1491

İlham Əliyev Sumqayıt Dövlət Dram Teatrının binasında yaradılan şəraitlə tanış olub

İlham Əliyev Sumqayıt Dövlət Dram Teatrının binasında yaradılan şəraitlə tanış olub
27.09.2016 10:52
Sentyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əsaslı təmir olunaraq yenidən qurulan Sumqayıt Dövlət Dram Teatrının binasında yaradılan şəraitlə tanış olub.

"Report" xəbər verir ki, dövlət başçısına məlumat verilib ki, bina 1956-cı ildə istifadəyə verilib. Burada yenidənqurma işlərinə ötən ilin dekabrında başlanılıb. Əsaslı təmir və yenidənqurma tədbirləri zamanı binanın bütün mühəndis-texniki qurğuları əsaslı surətdə yenidən qurulub. Binanın 500 yerlik tamaşa və 100 yerlik akt salonu ən müasir avadanlıqla təchiz olunub. Burada tamaşaları bədii və texniki cəhətdən yüksək səviyyədə təqdim etmək üçün 360 dərəcə hərəkət edən səhnə, müasir akustika və işıqlandırma sistemləri və digər avadanlıq quraşdırılıb.

Teatrın ekspozisiyasının daha cəlbedici görünməsi üçün milli memarlıq ənənələrindən geniş istifadə edilib. Binanın bütün xidməti, dekorasiya və qrim otaqları müasir üslubda tərtib olunub, mebellər tətbiqi sənətin qədim növü olan oyma üsulu ilə işlənib. Teatrın köhnə parket döşəməsi sökülərək monolit dəmir-beton plitələrlə əvəzlənib, binadakı sütunlar isə mərmərlə üzlənib.

Qeyd olundu ki, binanın müasir üslubda yenidən qurulması sakinlərin teatra marağının artmasına, şəhərin mədəni həyatının daha da canlanmasına təkan verəcək. Teatrın qarşısındakı meydanda 15 min kvadratmetr sahəyə mərmər döşənib, iki yeni fəvvarə və monitor quraşdırılıb.

Yenidənqurma işləri Sumqayıt Dövlət Dram Teatrının 150 nəfərlik kollektivinə işlərini günün tələbləri səviyyəsində qurmaq üçün maksimum şərait yaradır. Ümumilikdə, teatrın binasının əsaslı təmiri və yenidən qurulması Azərbaycan dövlətinin mədəniyyət sahəsinin inkişafına göstərdiyi diqqət və qayğını təcəssüm etdirir. Bu layihənin icrası son dövrdə Sumqayıtda gedən sürətli sosial-iqtisadi inkişafa təkan verməklə yanaşı, şəhərin ümumi görünüşünə də əlavə çalarlar qatır.

Sonra Azərbaycan Prezidentinə Sumqayıt şəhərində istifadə ediləcək yeni sərnişin avtobusları barədə məlumat verilib.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Oskar” mükafatına namizədlərin adı açıqlandı
Mədəniyyət 10:20
“Oskar” mükafatına namizədlərin adı açıqlandı
Nağılvari Vyana meşələri - FOTO+VİDEO
Mədəniyyət 09:18
Nağılvari Vyana meşələri - FOTO+VİDEO
Xalq artisti Muxtar Maniyevin ikinci ayağı amputasiya olundu
Mədəniyyət 07:01
Xalq artisti Muxtar Maniyevin ikinci ayağı amputasiya olundu
Qızıl əlli usta - Rövşən Ənsari - FOTOREPORTAJ
Mədəniyyət 06:01
Qızıl əlli usta - Rövşən Ənsari - FOTOREPORTAJ
Bakıda Emin Qəhrəmanovun fərdi sərgisi açılıb - REPORTAJ
Mədəniyyət 05:44
Bakıda Emin Qəhrəmanovun fərdi sərgisi açılıb - REPORTAJ
“Eurovision-2016” mahnı müsabiqəsinin ikinci yarımfinalı başladı
Mədəniyyət 05:09
“Eurovision-2016” mahnı müsabiqəsinin ikinci yarımfinalı başladı
Xalça muzeyində “Zərgərlik inciləri” bölməsi açıldı - FOTOLAR
Mədəniyyət 03:17
Xalça muzeyində “Zərgərlik inciləri” bölməsi açıldı - FOTOLAR
Lavaş YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edildi
Mədəniyyət 01:43
Lavaş YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edildi
Bakıda Rəşid Behbudovun heykəli ucaldılıb - FOTOLAR
Mədəniyyət 22:54
Bakıda Rəşid Behbudovun heykəli ucaldılıb - FOTOLAR
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol