• $
  • £

"İnter"ə transfer qadağası qoyuldu

27.09.2016 17:51
Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Trend-in PFL-ə istinadən verdiyi məlumata görə, iclasda bir sıra qərarlar qəbul olunub.

FİFA 06.09.2016-cı il AFFA-ya məktub ünvanlayaraq, FİFA-nın Nizam-İntizam Komitəsinin "İnter” PİK klubu haqqında 26.05.2016-cı il tarixində qərar qəbul etdiyini bildirib. Belə ki, "İnter” PİK klubu ilə həmin klubda çıxış etmiş futbolçu Yohan Bokonyano arasında bağlanmış müqavilə şərtlərinə klubun riayət etmədiyi səbəbindən növbəti iki transfer dövründə yeni futbolçu qeydiyyatına qadağa qoyulması göstərilib.

Yuxarıda göstərilənləri nəzərə alaraq İntizam Komitəsi tərəfindən aşağıdakı qərar qəbul edilib:

Azərbaycan Premyer Liqasında çıxış edən "İnter" PİK-in növbəti iki transfer dövründə yeni futbolçu qeydiyatına qadağa qoyulsun.

Bundan başqa, Premyer Liqanın III turundan təxirə salınmış "Qəbələ” – "Sumqayıt” matçında meydançaya azarkeş daxil olub və nəticədə 1 dəqiqəlik fasilə yaranıb. "Qəbələ” klubu oyunda təhlükəsizliyi tam təmin etmədiyinə görə klub 4000 manat cərimə olunub.

Oyunun 85-ci dəqiqəsində "Sumqayıt” klubunun baş məşqçisi Samir Abbasov texniki zona qaydaların pozduğuna görə kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 800 manat cərimə olunur.

Premyer Liqanın VI turunun AZAL – "İnter” matçında Peşəkar Futbol Liqasının himninin səslənməməsi və stadionun tablosunun işlək vəziyyətdə olmamasına görə AZAL klubuna xəbardarlıq olunur. Bu hal yenidən təkrarlanacağı təqdirdə klubla bağlı daha ciddi tədbir görüləcək.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
UFC döyüşçüsü Rafael Fiziyev Bakıya gəlib
İdman 14:26
UFC döyüşçüsü Rafael Fiziyev Bakıya gəlib
"Qarabağ"dan daha bir transfer
İdman 22:14
"Qarabağ"dan daha bir transfer
“Qarabağ”ın ilk rəqibi müəyyənləşib
İdman 19:25
“Qarabağ”ın ilk rəqibi müəyyənləşib
“Sabah”ın ÇL-dəki rəqibi müəyyənləşib
İdman 18:30
“Sabah”ın ÇL-dəki rəqibi müəyyənləşib
DÇ-2026: Türkiyə millisi Avstraliyaya uduzub
İdman 10:00
DÇ-2026: Türkiyə millisi Avstraliyaya uduzub
Futbol üzrə 2026-cı il dünya çempionatının açılış mərasimi keçirilir
İdman 22:18
Futbol üzrə 2026-cı il dünya çempionatının açılış mərasimi keçirilir
Azərbaycanın 3x3 basketbol yığması Dünya Kubokunun 1/4 finalında
İdman 23:18
Azərbaycanın 3x3 basketbol yığması Dünya Kubokunun 1/4 finalında
Avropa çempionu olan Azərbaycanın minifutbol yığması Vətənə qayıdıb
İdman 19:29
Avropa çempionu olan Azərbaycanın minifutbol yığması Vətənə qayıdıb

Prezident Azərbaycan minifutbol millisi ilə bağlı paylaşım edib
İdman 10:04
Prezident Azərbaycan minifutbol millisi ilə bağlı paylaşım edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol