• $ 1.7
  • € 2.0045
  • ₽ 0.021798
  • ₺ 0.0397
  • £ 2.2973

Dünyanı dəyişdirəcək 6 texnologiya

Dünyanı dəyişdirəcək 6 texnologiya
29.09.2016 09:00

Yaxın 5-15 ildə logistika sənayesi kəskin dəyişəcək. "DHL" şirkətinin innovasiyalar üzrə vitse-prezidenti Markus Kyukelhaus iddia edir ki, 2030-cu ilə logistika sənayesini dəyişdirəcək 6 texnologiya mövcuddur.

ANN.Az ICTnews-a istinadən bildirir ki, Kyukelxaus "Nordic Delivery Conference 2016" konfransı çərçivəsində öz fikirlərini  bölüşüb. Onun sözlərinə görə, aşağıdakı 6 texnologiya növbəti 5-15 ildə logistika sahəsini dəyişdirəcək:
 
Böyük məlumatlar

"DHL" şirkəti risklərin idarəetməsi sahəsində böyük məlumatların tətbiqinə əsaslanan sınaqlar keçirib, buna görə şirkət öz müştəri və tədarükçülərinə uğursuz çatdırmalarla bağlı məsləhət verə bilər. 
 
Sensor texnologiyalar

"DHL" logistikada sensor texnologiyalardan istifadəni genişləndirmək niyyətindədir, logistika sahəsində hərəkət və dərinlik sensorlarının istifadəsində böyük potensial görür.
 
Artırılmış reallıq

"DHL" şirkəti artırılmış reallıq eynəyi ilə bir sıra uğurlu sınaqlar keçirib. Belə eynəklər məhsulun olduğu  və çatdırma yerini göstərən ştrix kod və siyahıları skan edə bilər. Bundan başqa, şirkət Avropa, ABŞ və Asiyada yerləşən mal anbarları üçün "ağıllı" eynək istehsal edir.
 
3D çap

"DHL" anbarlarda olan məhsul tipləri üzərində "3D" çap texnologiyasından istifadəyə əsaslanan sınaqlar keçirib. Məhsulların təxminən 80%-i "3D" çap üçün əlverişli deyil. Bununla belə, "DHL" şirkəti "3D" çap texnologiyasından istifadədə böyük potensial görür.
 
Robotlar

Dünyada məhsul anbarlarının təxminən 80%-i əlin köməyi ilə idarə olunur. İndi "DHL" şirkəti anbar operatorları ilə yanaşı işləmək qabiliyyətinə malik robotları sınaqdan keçirir.
 
Pilotsuz uçan aparatlar

"DHL" şirkəti pilotsuz uçan aparatları çox perspektivli texnologiya hesab edir. Şirkət 2016-cı ilin mayında Almaniyada "Parcelcopter" adlı şəxsi pilotsuz uçan aparatını sınaqdan keçirib. Dronlardan istifadə zamanı rast gəlinə bilən ən böyük çətinliklər bu normativ aspektlərdir.


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyədə terror planlaşdıran şəxssaxlanılıb
Dünya 14:28
Türkiyədə terror planlaşdıran şəxssaxlanılıb
Suriya yeni pul vahidini dövriyyəyə buraxır
Dünya 23:58
Suriya yeni pul vahidini dövriyyəyə buraxır
Zelenski Uitkoff və Kuşnerle telefon danışığı aparıb
Dünya 22:43
Zelenski Uitkoff və Kuşnerle telefon danışığı aparıb
Yaponiyada 5,6 maqnitudada zəlzələ baş verib
Dünya 21:51
Yaponiyada 5,6 maqnitudada zəlzələ baş verib
Gürcüstanın keçmiş müdafiə naziri saxlanılıb
Dünya 21:31
Gürcüstanın keçmiş müdafiə naziri saxlanılıb
Rusiya vətəndaşlarını bu ölkəyə səfər etməməyə çağırıb
Dünya 20:10
Rusiya vətəndaşlarını bu ölkəyə səfər etməməyə çağırıb
İsrail Livanda SEPAH-ın yüksək rütbəli komandirini məhv edib
Dünya 19:25
İsrail Livanda SEPAH-ın yüksək rütbəli komandirini məhv edib
Rusiya təyyarəsi təcilieniş edib
Dünya 11:09
Rusiya təyyarəsi təcilieniş edib
Qəzza sazişinin ikinci mərhələsi yanvarda başlayacaq
Dünya 10:36
Qəzza sazişinin ikinci mərhələsi yanvarda başlayacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol