“Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC nazirliyin tərkibindən çıxarıldı

"Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyəti Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindən çıxarılıb.
Oxu.Az-ın məlumatına görə, bu, Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı "Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 1944 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə” sərəncamında əksini tapıb.
Azərbaycan Respublikasının Prezidentinə Cəmiyyətin Nizamnaməsinin və nizamnamə kapitalının miqdarının müəyyən edilməsi səlahiyyəti verilib.
www.ann.az