• $
  • £

Bakıda növbəti Formula-1 yarışlarının vaxtı bəlli oldu

Bakıda növbəti Formula-1 yarışlarının vaxtı bəlli oldu
04.10.2016 09:35
"Növbəti il üçün Bakıda keçiriləcək Formula-1 yarışları üçün hazırlıqlara start verilib".

Bunu Trend-ə Bakı Şəhər Halqası Əməliyyat Komitəsinin Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai deyib.

N.Arpadarai bildirib ki, yarışların builki kimi iyunun 18-də başlanması nəzərdə tutulur: "Lakin bu tarix hələ dəqiq deyil. Bununla bağlı müzakirələr aparılacaq və yarışın keçirilməsinin dəqiq tarixi dekabrın əvvəlində müəyyən ediləcək".

N.Arpadarai bildirib ki, növbəti il yarışların keçirilməsinə hazırlıq işlərində həm vaxt, həm də maliyyə baxımından qənaət olunacaq: "Belə ki, bu il yarış üçün quraşdırılan bir sıra avadanlıqlar hələ sökülməyib, bir sıra avadanlıqlar isə hazır vəziyyətdə anbarlarda saxlanılır. Yəni bu dəfə bu avadanlıqların quraşdırılması üçün vaxt və maliyyə sərf edilməyəcək".

N.Arpadarai yarışın keçirildiyi ərazidə yol tikintisi məsələsinə də aydınlıq gətirib. O qeyd edib ki, yalnız yarış trekinə düşən Niyazi küçəsində qəmbər daşları üzərindən keçilmiş asfalt örtüyü sökülüb, yarış trekinə düşən Gənclər meydanı 1 küçəsi ərazisində isə qəmbər daşları üzərinə çəkilmiş asfalt örtüyü hələ də qalmaqdadır: "Yəni yarış üçün yalnız Niyazi küçəsində qəmbər daşlarının üzərinə yenidən asfalt örtüyü çəkiləcək".
Şöbə rəhbəri əlavə edib ki, ötən yay Formula-1-in Bakıya gəlişi "Odlar ölkəsində, sürət zirvəsində" devizi ilə baş tutdu və bu yarış devizə uyğun olaraq reallaşdı: "Belə ki, Azərbaycanda ilk dəfə keçirilən Avropa Qran-Prisi zamanı digər şəhər trekləri ilə müqayisədə Bakı şəhər halqasında ən yüksək sürət qeydə alındı".

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
UFC döyüşçüsü Rafael Fiziyev Bakıya gəlib
İdman 14:26
UFC döyüşçüsü Rafael Fiziyev Bakıya gəlib
"Qarabağ"dan daha bir transfer
İdman 22:14
"Qarabağ"dan daha bir transfer
“Qarabağ”ın ilk rəqibi müəyyənləşib
İdman 19:25
“Qarabağ”ın ilk rəqibi müəyyənləşib
“Sabah”ın ÇL-dəki rəqibi müəyyənləşib
İdman 18:30
“Sabah”ın ÇL-dəki rəqibi müəyyənləşib
DÇ-2026: Türkiyə millisi Avstraliyaya uduzub
İdman 10:00
DÇ-2026: Türkiyə millisi Avstraliyaya uduzub
Futbol üzrə 2026-cı il dünya çempionatının açılış mərasimi keçirilir
İdman 22:18
Futbol üzrə 2026-cı il dünya çempionatının açılış mərasimi keçirilir
Azərbaycanın 3x3 basketbol yığması Dünya Kubokunun 1/4 finalında
İdman 23:18
Azərbaycanın 3x3 basketbol yığması Dünya Kubokunun 1/4 finalında
Avropa çempionu olan Azərbaycanın minifutbol yığması Vətənə qayıdıb
İdman 19:29
Avropa çempionu olan Azərbaycanın minifutbol yığması Vətənə qayıdıb

Prezident Azərbaycan minifutbol millisi ilə bağlı paylaşım edib
İdman 10:04
Prezident Azərbaycan minifutbol millisi ilə bağlı paylaşım edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol